Creditinfo: Azərbaycanda maneələr mövcuddur
Creditinfo: Beynəlxalq standartlara söykənən kredit bürosunun yaradılmasına əngəllərin mövcud olmasına baxmayaraq, Azərbaycanda kredit fəaliyyətinin optimallaşması üçün potensial var.
"Azərbaycanda güclü kredit ekosistemin qurulmasına töhfə olaraq, Creditinfo Şirkətlər Qrupu ölkənin aparıcı maliyyə təşkilatlarına kreditləşməni optimallaşdırmaq məqsədilə innovativ analitik həllər və kredit risklərinin idarəetməsi sahəsində məsləhətçi xidmətləri təqdim etməkdə israrlıdır. Eyni zamanda, Creditinfo yerli kredit bürosunda pay sahibliyində maraqlı olmadığını elan edir, çünki nəzarətimizdən kənar olan səbəblər üzündən ölkədə beynəlxalq standartlara cavab verən ilk kredit bürosunun yaradılması istiqamətindəki səylərimiz səmərə vermədi".
Bu barədə Creditinfo-dan "Marja"ya daxil olmuş məlumatda deyilir.
Məlumatda deyilir:
Son illərdəki fəaliyyətimizin davamı olaraq, Creditinfo Azərbaycanın aparıcı kredit təşkilatları ilə sıx işbirliyi şəraitində onlara kredit dövranının müxtəlif mərhələlərini daha səmərəli idarə etməyə yardım etməyə hazırdır. Biz 20 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində insanların və şirkətlərin maliyyə resurslarına çıxışını sadələşdirməklə məşğuluq. Bu dövr ərzində maliyyə texnologiyaları sahəsində qazandığımız bilik və səriştə əsasında yaratdığımız unikal analitik həlləri və kredit risklərinin idarəetməsi texnologiyalarını Azərbaycanın kredit müəssisələrinin ixtiyarına veririk. Maliyyə sektoru üçün belə həllər və texnologiyalar olduqca vacibdir: müasir iqtisadiyyatlarda onlardan istifadə bir zərurətə çevrilib.
Bir tərəfdən, biz heyfsilənirik ki, Creditinfo-nun nəzarətindən kənar olan maneələr üzündən beynəlxalq standartlara söykənən müasir kredit bürosunun yaradılması indiki şəraitdə mümkün görünmür. Digər tərəfdən, bu reallıq kreditləşmə sahəsində işgüzar fəaliyyətin səmərəli qurulması üçün analitik qərarvermə alətlərinin tətbiqini əvəzolunmaz edir. Creditinfo-nun qlobal təcrübəsi, praktiki yanaşması, eləcə də yerli bazar şəraitinə bələd olması biznes nəticələrinin təsirli dərəcədə yaxşılaşdırılmasına ümid verir.
Maliyyə sektoru iqtisadi artımı və inklyuzivliyini təmin etməyi hədəfləyirsə, vaxt itirmək olmaz. Ona görə də Creditinfo sahibkarlıq subyektlərinə yeni bazarları və bazar seqmentlərini kəşf etməkdə bilavasitə kömək etmək niyyətindədir.
Creditinfo-nun Azərbaycandakı kredit bürosunda pay sahiblyindən vaz keçdiyinə rəğmən, biz bütün kredit təşkilatlarını təşəbbüskar mövqedə olmağa və, indiyə kimi bunu etmədikləri təqdirdə, öz bizneslərini bazarın rəqabətli konteksti daxilində yerləşdirməyə çağırırıq. Bunun öhdəsindən gəlmək üçün kredit müəssisələri Creditinfo-nun hazırladığı xüsusi bir bençmarkinq (müqayisəli parametrləmə) həllindən yaralana bilərlər. Söz gedən həll bazarın aydın, obyektiv mənzərəsini təsvir edir və kredit təşkilatlarına özlərini və başlıca maliyyə göstəricilərini bazar kontekstində göz önünə gətirməyə imkan verir. Əsas fəaliyyət göstəricilərini (KPI), başlıca maliyyə əmsallarını və nisbətlərinı digər bazar iştirakçıları ilə müqayisəli şəkildə görmək qabiliyyəti konkret və əlçatan biznes hədəfləri qoymaq və gələcək prioritetləri müəyyən etmək üçün tutarlı əsas yaradır. Bundan əlavə, biznes fəaliyyətini əhatəli, məlumat-əsaslı tərzdə izləmək imkanı şəffaf idarəetməni təmin edir və istənilən şirkətə, iddia səviyyəsindən və risk iştahasından asılı olaraq, arzuolunan nəticələrə fokuslanmağa imkan verir.
Maliyyə texnologiyalarının inkişafı dövründə yeni nəsil qərarvermə analitik alətlərinin peyda olmasını nəzərə alaraq, Creditinfo sahibkarlıq subyektlərinə kredit dövranını müasir tərzdə idarə edib maliyyə səmərəliliyi artırmaqda kömək edir. Vaxtı itirmək olmaz: hazırlığın öz zamanı, əməli iş görməyin öz zamanı var – prioritetimiz məhz ikincisidir. Creditinfo-nun qlobal təcrübəsi və güclü məlumat bazası sayəsində kredit fəaliyyəti ilə bağlı gündəlik qərarları daha dəqiq və kəsərli etmək üçün bir çox həllər günü bu gün icra oluna bilər. Creditinfo hazırda öz səylərini məhz buna yönəldir.
CREDITINFO QRUPU HAQQINDA
Creditinfo kredit məlumatları və risk idarəetməsi həlləri sahəsində öz yenilikçi, praktiki yanaşması ilə ad qazanmış dünyanın aparıcı xidmət təchizatçılarından biridir. 25-dən çox ölkədə fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə, Creditinfo Qrupu kredit risklərinin idarəetməsində qabaqcıl təcrübələri dəstəkləmək məqsədilə rəsmi və müştəri məlumatları əsasında çeşidli innovativ məhsullar və xidmətlər işləyib hazırlayıb. Hazırda 45 ölkədən olan 10000-dən çox müştəriyə xidmət göstərən və qlobal səviyyədə maliyyə inklyuzivliyi təşviq edən Creditinfo Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Minilliyin Çağırışı Korporasiyası (Millennium Challenge Corporation) və bir sıra digər beynəlxalq təşkilatlarının keçirdiyi tenderlərdə qısa siyahıya daxil olub və qalib elan edilib. Keyfiyyətə nəzarət ISTQB® tərəfindən təmin olunur. Creditinfo proqram təminatının bütün tərtibatçılarında Microsoft Developers sertifikatı var. Şirkətin auditini Ernst & Young, KPMG və digər tanınmış təşkilatlar aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
6 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
7 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
9 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
9 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
10 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir























