Qiyməti 20 faiz düşdü, "Ayı" bazarına girdi
ABŞ və Çin arasında ticarət gərginliyi yüksəlir. Ticarət müharibəsi qorxusu qiymətli kağızlar bazarları, dollar və istiqrazlara istiqamət verir.
"Marja" xəbər verir ki, müharibənin qlobal iqtisadiyyata və ABŞ-da iqtisadi artıma mənfi təsir edəcəyi qorxusu ilə əmtəə qiymətləri aşağı düşür. Dəmir cövhəri qiymətləri, ABŞ Prezidenti Donald Trampın polad idxalına 25 faiz və alüminium idxalına 10 faiz vergi tətbiq edəcəyini açıqladığı martın əvvəlindən bu yana 20%-dən çox geriləyərək kommersiya gərginliyə ən sərt reaksiya verən əmtəə məhsulu olub.
XAOTİK MÜHİT QİYMƏTLƏRİ 1 AYDA 20 FAİZ SALIB
Emal edildikdən sonra avtomobil sektorundan tikinti sektoruna qədər bir çox sahədə istifadə edilən dəmir filizinin qiymətində tələb-təklif tarazlığı və Çinin polad sənayesində istehsalın azalması səbəbindən yaşanan aşağı istiqamətli hərəkət, son bir aydır ki, tez-tez eşitdiyimiz ticarət müharibələri xəbərlərinin yaratdığı xaotik şəraitdə sürətlənib. Xarici bazarlarda 62 faiz dəmir tərkibli filizin qiyməti martın əvvəlindən bu yana beşdə bir nisbətdə geriləyərək 62 dollar/ton səviyyəsinə enib.
Spot dəmir cövhərinin qiyməti Trampın açıqlamalarından əvvəl 1 Martda gördüyü 79.55 dollar səviyyəsindən başladığı kəskin azalmanı davam etdirir. ABŞ ilə Çinin bu həftə qarşılıqla olaraq açıqladığı 50 milyard dollarlıq əlavə gömrük planlarından sonra, qiymətlər 26 Fevralda gördüyü zirvədən 20 faiz aşağı düşüərək ayı bazarına girib.
Dünyanın ən böyük dəmir cövhəri ixracatçılarından biri olan Avstraliyada hökumət, mümkün bir ticarət müharibəsinin iqtisadi fəaliyyətə mənfi təsir etməsi və tələbi azaltması halında qiymətlərin 2017-ci ilə nisbətən 20% dəyər itirərək orta hesabla 51.50 dollar səviyyəsinə geriləyəcəyini nəzərdə tutur. Dəmir cövhəri qiymətləri sonuncu dəfə 2017-ci ilin İyun ayında 52 dollardan aşağı düşmüşdü.
12 AY ƏRZİNDƏ 50 DOLLARDAN AŞAĞI DÜŞƏ BİLƏR
"Trading Economics" də texniki analizlərə və bəzi analitiklərin fikirlərinə əsaslanaraq, cövhərin qiymətinin ilin ikinci rübünün sonunda 59.65 dollar/tona enəcəyini, ilin son rübündə 50.24 dolları test edəcəyini təxmin edir. 12 ay ərzində isə qiymətlərin 46.10 dollara qədər geriləyə biləcəyi təxmini də var.
SOYA LOBYASI İSTEHSALÇILARI NARAHATDIR
ABŞ ilə artan ticarət gərginliyi səbəbindən Çinin yeni açıqlanan qarşı tədbirləri çərçivəsində Amerikanın taxıl, pambıq və soya lobyasına 25% əlavə vergi tətbiq edəcəyini açıqlayıb. ABŞ Soya Lobyası Birliyinin sədri Con Heisdorffer, Çinin soya lobyayasına əlavə tarif təbiq etməsinin Amerikadakı soya fermerləri üzərində dağıdıcı təsir yaradacağı barədə xəbərdarlıq edib. ABŞ 2017-də Çinə 32.85 milyon ton soya lobyası ixrac edib. Bu, ABŞ-ın soya lobyası ixracatının 62%-dir. Çin soya idxalının 34.39%-ni ABŞ-dan idxal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 29 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
3 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb





.jpg)










.jpg)






