Mənzilinizi başqasına satmaq olmayacaq ®
“Kristal Abşeron”da XÜSUSİ İMKANLAR. Artıq mənzilləri ilkin qeydiyyatlı əldə edə biləcəksiniz!
1 mənzilin ÇOX sahibi…-Problemdən necə xilas olaq?
Yəqin ki hamımız gün ərzində bir neçə dəfə mənzil satışına dair müxtəlif reklamlara rast gəlirik. Əhalinin artımı və köhnə binaların sökülməsini nəzərə alaraq insanların yeni mənzillərə böyük tələbatının olduğu hələ də aktual olaraq qalır. Buna mənzil şəraitini yaxşılaşdırmaq istəyənləri də əlavə etsək, bu tələbatın nə qədər yüksək olduğunun şahidi oluruq.
Bununla belə, əhalinin böyük kütləsində mənzil alarkən onun sənədləşməsində ciddi şübhələr mövcuddur. Söhbət mənzilin bir neçə nəfərə satılması hallarından və binanın inşası bitdikdən sonra sənədləşmə işlərinin tamamlanmamasına görə mənzillərin çıxarış və texniki passportla təmin edilməməsindən gedir. Son zamanlar bu kimi halllar nisbətən azalsa da, amma hələ də bəzi MTK-ların bir evi bir neçə vətəndaşa satması və inşa edilib bitmiş binaların əmlak məsələləri dövlət komitəsi tərəfindən çıxarışla təmin edilməməsi ilə bağlı məhkəmə proseslərinin şahidi oluruq. Bəs yeni mənzil almaq istəyən vətəndaş belə halla qarşılaşmamaq üçün nə etməlidir?
Bir çox ölkələrdə mənzillər alınarkən bina tikintisi başa çatmasa belə, ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilir. Bu, tikilinin ilkin qeydiyyat sənədidir. Azərbaycanda da bəzi tikinti şirkətləri bu sahədə beynəlxalq təcrübədən yararlanmağa başlayıblar. Artıq tikinti şirkətləri inşa edəcəyi binaları qabaqcadan dövlət qeydiyyatına sala bilirlər. Amma son zamanlar pilot layihələrin artması və yeni tikinti şirkətlərinin meydana çıxması ilə əlaqədar iri şirkətlər vətəndaşlara mənzil alarkən ehtiyatlı davranmağı məsləhət görür. Məsələ ilə bağlı “Kristal Abşeron” MTK-dan bildirildi ki, nağd və ya kredit şərtilə satılmasından aslı olmayaraq vətəndaşlar xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütləq mənzilin ilkin qeydiyyat sənədini tələb etməlidirlər. Hətda şirkətdən nümunə üçün bir sənədi də bizə təqdim etdilər. Çünki ilkin qeydiyyat sənədi olan MTK-da bir mənzilin bir neçə nəfərə satılması mümkün deyildir.
Qeyd edək ki, “Kristal Abşeron” MTK mənzil almaq istəyən bütün müştərilərinə ilkin qeydiyyat sənədini təqdim edir. Belə ki, “Kristal Abşeron”un inşa etdiyi bütün layihələrdə əmlakın qabaqcadan dövlət qeydiyyatı barədə dövlət reyestrindən arayışı istənilən müştəri mənzil alacağı filialından tələb edə bilər.
Xatırladaq ki, 2003-cü ildən “Kristal Abşeron MTK” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkət bir çox böyük layihəyə imza atıb. 15 il ərzində Bakı Sumqayıt və Xırdalan şəhərlərində bir çox layihə tamamlayıb. Şirkət müştərilərinə həm nağd, həm uzunmüddətli ipoteka ilə, həm də 5 illik kredit şərtilə təmirli mənzillər təklif edir.

! Məqalə reklam xarakterlidir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















