"Gömrük bizi məcbur edir ki,..."
“Dünya bazarında fındıq ucuzlaşsa da, Azərbaycanda qiyməti aşağı salmaq mümkün deyil".
Bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Fındıq Assosiasiyasının sədri İsmayıl Umudov deyib.
O, Dövlət Gömrük Komitəsini (DGK) sahibkarları ölkəyə gətirdikləri fındığı yüksək qiymətə rəsmiləşdirməyə məcbur etməkdə ittiham edib: "Bu gün bazarda fındığın hər kiloqramı 7 dollardır, amma DGK bizi məcbur edir ki, biz onu 8 dollara rəsmiləşdirək. Axı, qiyməti dünya bazarı müəyyən edir. Xaricdə fındıq ucuzlaşsa da, bizdə buna nail olmaq mümkün deyil".
“MALLARIN QİYMƏTİNİ AŞAĞI SALIB VERGİDƏN YAYINIRLAR”
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib ki, "Çox təəssüf ki, bəzi iş adamları idxal-ixrac əməliyyatları zamanı malların qiymətini aşağı salmaqla vergidən yayınmağa çalışır".
"Əvvəllər idxal olunan malların qiymətinin aşağı salınması problemi daha çox qeydə alınırdısa, indi ixrac olunan malların qiymətinin azaldılması hallarına rast gəlirik. Dövlət Gömrük Komitəsi tərəfindən işçi qrup yaradılıb. İşçi qrup internet və birja məlumatları əsasında bu qiymətləri müqayisə edəcəyik. Qiymətləndirmə aparılmalıdır ki, pulların "qara bazar"da gəzməsinə ehtiyac olmasın. Üç nazirlik tərəfindən hökumət qarşısında məsələ qaldırılıb. Azərbaycanda yerli istehsal artırmaq və daxili bazarı qorumaq üçün bir sıra məhsullara vergi tətbiq etdik".
©Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























