Azərbaycanda 1 bank ötən il faiz mənfəəti əldə etməyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-nun ötənilki faiz gəlirləri faiz xərclərini üstələyib.
Yalnız 1 bankda - "Bank VTB Azərbaycan"da faiz xərcləri faiz gəlirlərindən 17,234 milyon manat çox olub. Başqa sözlə, Rusiya bankının Azərbaycanda törəməsi ötən il faiz mənfəəti əldə etməyib. Qalan 29 bank isə faiz əməliyyatlarında müsbət saldoya nail ola bilib.
İllik faiz mənfəətinin ən yüksək həddi - "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank" və "PAŞA Bank"da qeydə alınıb. Bu banklarda müsbət saldo 112-203 milyon manat arasında olub. 14 bank 10-100 milyon manat arasında, 11 bank 1-10 milyon manat arasında, 1 bank isə 1 milyon manatdan az faiz mənfəəti əldə edib.
№ | Bankın adı | Bankın illik faiz mənfəəti (milyon manatla) |
1 | Azərbaycan Beynəlxalq Bankı | 202,324 |
2 | Kapital Bank | 181,646 |
3 | PAŞA Bank | 112,627 |
4 | Xalq Bank | 74,670 |
5 | Nikoyl Bank | 46,994 |
6 | Unibank | 46,942 |
7 | Access Bank | 38,958 |
8 | Bank of Baku | 30,656 |
9 | Atabank | 27,271 |
10 | Yapı Kredi Bank Azərbaycan | 26,697 |
11 | Muğan Bank | 26,619 |
12 | AFB Bank | 21,722 |
13 | Express Bank | 19,739 |
14 | Bank Silk Vey | 16,053 |
15 | Rabitəbank | 11,870 |
16 | Azər-Türk Bank | 10,645 |
17 | Azərbaycan Sənaye Bankı | 10,399 |
18 | Bank Avrasiya | 9,850 |
19 | Turan Bank | 9,068 |
20 | Zıraat Bank Azərbaycan | 8,569 |
21 | Bank Respublika | 8,241 |
22 | NBC Bank | 7,415 |
23 | Naxçıvan Bank | 5,083 |
24 | Bank BTB | 4,334 |
25 | Günay Bank | 3,109 |
26 | İran Milli Bankı - Bakı | 2,913 |
27 | Amrah Bank | 1,413 |
28 | AGBank | 1,014 |
29 | Pakistan Milli Bankı - Bakı | 0,827 |
30 | Bank VTB Azərbaycan | -17,234 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
-
13 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb




























