Hökümət bu ay hərraca pul çıxaracaqmı? – AÇIQLAMA
Dövlət Neft Fondu (DNF) bu ilin yanvar-noyabr aylarında valyuta hərraclarına ümumilikdə 4 milyard 635 milyon ABŞ dolları çıxarıb. Mərkəzi Bankın və Neft Fondunun yarıbayarı olaraq hərraclara dollar çıxartdığını nəzərə alsaq, dekabr ayında ümumilikdə “dollar kisəsini” kimin daha çox açacağı sual altındadır.
Bankların dollar ehtiyacı necə ödəcək?
Dövlət Neft Fondun İcraçı direktoru Şahmar Mövsümovun açıqlamalarına görə, 2016-cı ildə Fonddan büdcəyə transfertin ümumi həcmi 4,7 milyard dollar olacaq. “Belə çıxır ki, dekabrda Fond valyuta hərracına cəmi 65 milyon dollar çıxara biləcək”, deyə ekspertlər fikirlər səsləndirirlər. Bu isə ancaq bir hərraca kifayət edə bilər. Üstəlik, Mərkəzi Bankın valyuta ehtiyatları da psixoloji hədd minimumundadır. Buna görə də bankların valyutaya olan ehtiyacının necə ödənəcəyi sualı aktuallaşıb. Bəs, Fond dekabr ayında valyuta hərracına nə qədər pul çıxarmağı planlaşdırır?
Dəqiq rəqəm yoxdur
Bununla bağlı Fonddan dəqiq bir rəqəm açıqlanmır. Səbəb isə həm sadə, həm də qəribədir. Fonddan verilən məlumata görə, manatla ödənişlər Fondun büdcəsinin kifayət qədər böyük hissəsini təşkil edir. Fond, böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda büdcə qarşısında olan öhdəliklərini vaxtında icra etmək məqsədilə Mərkəzi Bank ilə birlikdə valyuta bazarında valyuta satışını bərabər hissələrlə həyata keçirir.
Bu ilin 11 ayı üzrə Fondun hərraca çıxartdığı dolların aylar üzrə proporsiyası isə belədir:
2016 | Milyon ABŞ dolları |
Yanvar | 593,8 |
Fevral | 177,5 |
Mart | 482,3 |
Aprel | 303,4 |
May | 431,2 |
İyun | 449,9 |
İyul | 449,2 |
Avqust | 444,4 |
Sentyabr | 631,1 |
Oktyabr | 371,0 |
Noyabr | 301,5 |
Cəmi | 4 635,3 |
“Fondun öz öhdəliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər manat ehtiyatına sahib olması da şərtdir” deyə açıqlama bildirən Fond qeyd edir ki, büdcəsində icrası manatla öhdəlikləri olduğu üçün hərraclar vasitəsilə valyuta satışı dekabr ayında da davam etdiriləcək.
Dollar çıxaracaqsa bu, hansı həddə ola bilər?
DNF-nun mövqeyi belədir: “2016-cı il üzrə büdcədə nəzərdə tutulan dövlət büdcəsinə transfert və manatla olan digər ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaitdən əlavə dolların satışı nəzərdə tutulmur”.
Lakin bu o demək deyil ki, Fond valyuta hərracına ekspertlərin dediyi kimi, 65 milyon dollar çıxaracaq. Bu məbləğ daha böyük ola bilər. Səbəbini isə Fonddan belə izah etdilər ki, Fondun manata olan ehtiyacı yalnız büdcəyə transfertlə bağlı deyil. Fond həmçinin bir neçə neft-qaz layihəsinə, qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, eləcə də fondun işçilərinin əmək haqqlarınını ödənişlərini həyata keçirmək üçün manata ehtiyacı var: “Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə dollar satışını həyata keçirir”.
Bu ehtiyac üzrə real rəqəmlər isə səsləndirilmir.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















