Bank yaz kampaniyalarına start verir
Biznesinizi böyütməyin əsl vaxtıdır, lakin kifayət qədər pulunuz yoxdur? Toya az qalıb, lakin qız evi cehizi, oğlan evi isə təmiri dərd edib? Bəlkə ürəyinizdən yeni smartfon almaq keçir? Ödənişlərinizi rahat və asan şəkildə həyata keçirmək üçün sərfəli kart axtarırsınız? AccessBank-ın kampaniyaları ilə bunların heç biri PROBLEM DEYİL!
AccessBank iş adamlarına dəstək üçün Respublika Gününün 100 illiyi münasibətilə kredit kampaniyasına start verir. Martın 5-dən mayın 31-dək keçirilən kampaniya çərçivəsində AccessBank-dan 50 000 manatadək biznes krediti götürün və nə az, nə çox - 100 günədək GÜZƏŞT MÜDDƏTİNDƏN yararlanın. Bu da son deyil! Belə ki, ödəniş planı üzrə son 100 günədək faiz məbləği də sizə HƏDİYYƏ olunacaq. Qeyd edək ki, bu şərtlər martın 19-dan etibarən nağd pul kredit götürən müştərilərə də şamil olunacaq.
Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibətilə Bank tərəfindən martın 5-dən 19-dək 20 000 manatadək nağd pul krediti götürənlər üçün illik 3%-dək ENDİRİM təqdim ediləcək.
Bundan başqa, bu tarixlərdə AccessBank hər bir xanıma "myCard Classic" ödəniş kartı pulsuz təqdim edəcək. Paralel olaraq, istənilən müştəri "Visa Electron" və "Matercard Debit" kartlarını PULSUZ, "Visa Gold" və "MasterCard Gold" premium kartlarını isə 50% ENDİRİM ilə əldə edə biləcək. Kampaniya martın 5-dən 19-dək davam edəcək.
Ətraflı məlumatı bankın rəsmi saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
"AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar















.jpg)





.jpg)

