“Bank Respublika”nın yeni səhmlərini kim aldığı açıqlandı
Xəbər verdiyimiz kimi, 14 fevral 2018-ci il tarixində yekunlaşmış əməliyyat ilə “Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 səhmləri yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində Bankın nizamanmə kapitalı 10 milyon 67 min manat artmışdır.
“Marja” xəbər verir ki, bu gün açıqlanmış "İnsayder əqdləri haqqında malumat"a görə, əqd Quliyev Natiq Saday oğlu ilə bağlanmışdır. Yəni, “Bank Respublika” ASC-nin emissiya etdiyi yeni səhmlər mövcud səhmdarlardan biri olan Natiq Quliyev tərəfindən alınmışdır.
Əqddən sonra Natiq Quliyevin “Bank Respublika” ASC-də payı 53,2% təşkil edir. O, bankın 14,793,070 ədəd səhmlərinə malikdir. Bankın cəmi nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,45 manat olan 27535138 ədəd səhmdən ibarətdir.
“Bank Respublika” ASC nizamnamə kapitalını 10 000 067 manat artırdıqdan sonra 67 461 088,1 manata çatıb.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu da təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Bundan başqa Elçin Saday oğlu Quliyev, Sevda Saday qızı Quliyeva, Saday Əsəd oğlu Quliyev, Mariya Heydər qızı Quliyeva və digər 3 hüquqi və 9 fiziki şəxs də Bankın səhmdarlarıdır. Ümumilikdə Quliyevlər ailəsi Bankın 86%-nə nəzarət edirlər.
“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü | ||||
Səhmdarlar | Əvvəl | İndi | ||
Səhm sayı | Faiz nisbəti | Səhm sayı | Faiz nisbəti | |
"DEG" investisiya şirkəti (Almaniya) | 2 548 372 | 10,8656% | 2 548 372 | 9,2550% |
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) | 1 274 179 | 5,4328% | 1 274 179 | 4,6275% |
Natiq Saday oğlu Quliyev | 10 711 410 | 45,6709% | 14 793 070 | 53,7243% |
Elçin Saday oğlu Quliyev | 2 320 331 | 9,8933% | 2 320 331 | 8,4268% |
Sevda Saday qızı Quliyeva | 2 221 229 | 9,4708% | 2 221 229 | 8,0669% |
Saday Əsəd oğlu Quliyev | 2 196 078 | 9,3635% | 2 196 078 | 7,9755% |
Mariya Heydər qızı Quliyeva | 2 150 841 | 9,1707% | 2 150 841 | 7,8113% |
Digər 3 hüquqi və 9 fiziki şəxs | 31 038 | 0,1323% | 31 038 | 0,1127% |
Cəmi | 23 453 478 | 100% | 27 535 138 | 100,0000% |
Nizamnamə kapitalı | 57 461 021,1 manat | 67 461 088,1 manat | ||


© Marja, Report, MEAS
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























