Dollar kreditlərini 3 tərəfin ödəyəcəyi təklif!
Xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi imkanları yenə də müzakirə olunan məsələlərdəndir. Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi toksit aktivləri və eləcə də problemli kreditləri səhmləşdirib qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir. Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir.
Tanınmış iqtisadçı Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosal İnkişaf Mərkəzi (CESD) olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim edilib:
"Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu “üç tərəfli güzəşt” mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir".
İqtisadçının sözlərinə görə, bu mexanizmin özəlliyi ondan ibarətdi ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür:
"Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur. Problemli kredit probleminin həlli üçün düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədə uyğun olardı. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 9 d. əvvəl
-
-
38 d. əvvəl
Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı
-
1 saat əvvəl
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
-
1 saat əvvəl
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ
-
1 saat əvvəl
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
-
1 saat əvvəl
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
-
1 saat əvvəl
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
-
1 saat əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat ödəniləcək
-
2 saat əvvəl
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
Ən çox oxunanlar
ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
























