"Sığorta tortunun" böyük hissəsini 8 şirkət bölüşür
“PAŞA Sığorta” şirkəti 2018-ci ilin yanvar ayında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 41 mln. 233,7 min manat və ya 2018-ci ilin yanvar ayı ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 49,8%-i həcmində sığorta haqqı toplayıb.
Hesabat ayının yekunları üzrə əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin beşliyinə PAŞA Sığorta (41 mln. 233,7 min manat), PAŞA Həyat (14 mln. 475 min manat), “İpək Yolu Sığorta” (6 mln. 507,2 min manat), "Atəşgah" (2 mln. 911,9 min manat) və AXA-Mbask (2 mln. 820,4 min manat) daxil olub.
Yanvarda həyat sığortası seqmentində sığorta haqlarının həcmində görə lider “PAŞA Həyat Sığorta” şirkəti olub. İkinci yer "Atəşgah Həyat" (3 mln. 39 min manat), üçüncü - “Qala Həyat Sığorta” (954,9 min manat) şirkətinin paylna düşüb.
Ümumilikdə, hesabat dövrü ərzində sığortaçıların bütün haqlarının təqribən 90%-i 8 şirkətin payına düşüb.
Yanvarda sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 4 mln. 896,4 min manat və ya sığortaçıların bütün ödənişlərinin 21,2%-ni təşkil edib.
Həmin dövrdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə “Atəşgah” (1 mln. 677,6 min manat), "AXA-Mbask” (865,5 min manat), “Azərsğorta” (689 min manat) və “A-Qroup” (467,6 min manat) da daxil olub.
Həyat sığortası seqmentində ən çox ödənişlər “Atəşgah Həyat” (4 mln. 373 min manat) tərəfindən həyata keçirilib. İkinci yer “PAŞA Həyat Sığorta” (3 mln. 810,6 min manat), üçüncü - “Qala Həyat Sığorta” (3 mln. 258,7 min manat) payına düşüb.
Ümumilikdə, hesabat dövrü ərzində sığortaçıların bütün ödənişlərinin təqribən 87%-i bu 8 şirkətin payına düşüb.
2018-ci il yanvarın sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir.
№ | Sığortaçının adı | Sığorta Haqları Yanvar 2017, min manatla | Sığorta Haqları Yanvar 2018, min manatla | Sığorta Ödənişləri Yanvar 2017, min manatla | Sığorta Ödənişləri, Yanvar 2018, min manatla |
1 | “A-Qroup Sığorta Şirkəti | 785,3 | 1 068,5 | 503 | 467,6 |
2 | “AXA MBASK” | 2817,4 | 2 820,4 | 800 | 865,5 |
3 | “AtaSığorta” | 722,8 | 1 398,9 | 208,5 | 607,0 |
4 | “Atəşgah Həyat” | 1367,9 | 3 039,0 | 1253,2 | 4 373,0 |
5 | “Atəşgah” Sığorta | 2596,3 | 2 911,9 | 1056,9 | 1 677,6 |
6 | “AZSIĞORTA” | 1402,3 | 1 244,5 | 798,9 | 689,0 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 3201,2 | 462,0 | 680,6 | 584,2 |
8 | “Azərbaycan Sənaye Sığorta” | 153,5 | 182,0 | 62,6 | 237,1 |
9 | “Bakı Sığorta” | 62,6 | 52,1 | 27,3 | 27,8 |
10 | “Günay Sığorta” | 157,4 | 428,0 | 16,3 | 289,5 |
11 | “Meqa Sığorta” | 1567,6 | 2 234,7 | 74,2 | 245,0 |
12 | “Paşa Həyat Sığorta” | 5628,7 | 14 475,7 | 3559,9 | 3 810,6 |
13 | “Paşa Sığorta” | 37674,8 | 41 233,7 | 3762,4 | 4 869,4 |
14 | “Qala Həyat” | 1204,1 | 954,9 | 1454,6 | 3 258,7 |
15 | “Rəvan Sığorta” | 25,3 | 77,0 | 16,2 | 10,4 |
16 | ASC “Standard İnsurance” | 1361,7 | 605,2 | 627 | 311,1 |
17 | “Xalq Sığorta” | 834,8 | 543,1 | 471,9 | 236,7 |
18 | “Qala Sığorta” | 1968,3 | 2 507,4 | 5,1 | 107,6 |
19 | “İpək Yolu Sığorta” | 7161,8 | 6 507,2 | 2372 | 316,5 |
20 | “Amrah Sığorta” | 5,9 | 4,7 | 0 | 3,9 |
21 | "Naxçıvansığorta" | - | 9,1 | - | - |
| YEKUN | 70 721,0 | 82 760,0 | 26 775,3 | 22 988,1 |
© İnterfaks Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 9 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!


















.jpg)


