AccessBank UNEC-də "açıq dərs" keçirib
Fevralın 20-də AccessBank UNEC-də "açıq dərs" keçirib. "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev və "PwC Azerbaijan" şirkətinin Marketinq və Kommunikasiya üzrə rəhbəri Aysel Süleymanovanın iştirakı ilə keçirilən "açıq dərs"ə maraq olduqca böyük idi. Belə ki, tədbirdə UNEC-in Maliyyə və Mühasibat fakültəsinin 80-dək tələbəsi könüllü şəkildə iştirak edib.
Tədbiri giriş nitqi ilə açan AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu, cari il ərzində keçirilən ilk "açıq dərs"dir və yaxın gələcəkdə digər ali təhsil ocaqlarında da bir neçə analoji dərslərin təşkili nəzərdə tutulub: "AccessBank olaraq biz daim Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Məhz bu baxımdan biz bu cür tədbirləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq".
AccessBank ilə UNEC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsinə toxunan departament direktoru deyib ki, yaxın gələcəkdə bankda tələbələr üçün praktiki təlimlər təşkil olunacaq.
Daha sonra Samir Əliyev "Milli valyuta və makroiqtisadi sabitlik" mövzusunda təqdimat keçirib. İnteraktiv qaydada baş tutan təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bundan sonra tələbələr üçün sual-cavab sessiyası təşkil edilib. Sessiya ərzində Samir Əliyev, Nail Vəliyev, Günay Cəlilova və Aysel Süleymanova tələbələri maraqlandıran sualları cavablandırıblar.
Ardınca spikerlər kollegial qaydada tədbirdə aktiv iştirak edən 7 tələbəni müəyyən məbləğdə balansa malik olan myCard ödəniş kartı ilə mükafatlandırıblar. Bununla yanaşı, tədbirdə iştirak edən hər bir tələbəyə bank tərəfindən hədiyyə təqdim olunub.
Mükafatlandırma mərasimində çıxış edən Nail Vəliyev və Aysel Süleymanova tələbələrə bu cür tədbirlərdə aktiv iştirak etməyi tövsiyə ediblər. Onlar insan kapitalına investisiyanın vacibliyini qeyd edib və AccessBank-ın bu istiqamətdə reallaşdırdığı layihələri yüksək qiymətləndiriblər.
Samir Əliyev isə tələbələrə universitet proqramları ilə kifayətlənməməyi, dünya iqtisadiyyatında gedən prosesləri mütəmadi izləməyi məsləhət görüb. O əlavə edib ki, tədris müəssisələri ilə sahibkarlar arasında müxtəlif formalarda görüşlərin keçirilməsi təqdirəlayiq haldır. Çünki belə görüşlər əlaqələrin gücləndirilməsi ilə yanaşı qarşılıqlı təcrübə mübadiləsinə də töhfə verir.
Tədbirə yekun vuran Günay Cəlilova "açıq dərs"in maraqlı və faydalı keçməsindən məmnunluğunu ifadə edib: "Tədbirin əvvəlində də qeyd etdiyim kimi, bizim əsas məqsədimiz cəmiyyətimizə faydalı olmaqdır. Çıxışlardan belə anlaşılır ki, məqsədimizə nail ola bildik. Bu isə bizim əməyimizə verilən ən böyük qiymətdir. Bizi sizlərlə irəlidə çox görüşlər gözləyir və bilin ki, AccessBank-ın qapıları hər zaman hər birinizin üzünüzə açıqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















