İstiqrazlar listinqə qəbul edildi
"Azərbaycan İpoteka Fondu" ASC-nin istiqrazları BFB-də listinqə qəbul edilmişdir.
24 yanvar 2016-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan İpoteka Fondu" ASC- nin (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazları BFB-də əsas bazar seqmentində listinqə daxil edilmişdir. Birjadan “Marja”ya daxil olmuş məlumata görə, istiqrazların buraxılış şərtləri aşağıdakı kimidir:
№ | Emitent | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Nominal | İstiqrazlar üzrə gəlirlilik |
1 | "Azərbaycan İpoteka Fondu" ASC | Adi, sənədsiz, adlı təmin edilmiş, faizli | 50 000 (ədəd) | 1000 AZN | 3 % |
Listinqə alınmış qiymətli kağızlar kütləvi təklif qaydasında, hərraclar vasitəsilə BFB-də yerləşdiriləcəkdir. İstiqrazlar hərraca tranşlarla (hissə-hissə) çıxarılacaqdır. Hərracların keçirilməsi tarixi və hərraca çıxarılacaq qiymətli kağızların miqdarı barədə məlumat əlavə olaraq açıqlanacaqdır.
İlk hissəsinin yerləşdirilməsinə başlanılır
27 yanvar 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2010008681 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcəkdir
. İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si | AZ2010008681 |
Hərraca çıxarılan həcm | 10 000 000 AZN |
İstiqrazların nominal dəyəri | 1000 АZN |
İstiqrazların tədavül müddəti | 3600 gün |
İstiqrazlar üzrə gəlirlilik | 3 % |
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 47 san. əvvəl
- 4 d. əvvəl
- 10 d. əvvəl
-
16 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
19 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 41 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 55 d. əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 16-da gözlənilən hava şəraiti
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
Ən çox oxunanlar
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı


















.jpg)





