VTB (Azərbaycan) “Təhsil krediti” məhsulunu təqdim edəcək
Bank VTB (Azərbaycan) Bakıda keçirilən “Xaricdə təhsil” sərgisində iştirak edəcək. Ümumilikdə müxtəlif ölkələrin 200-dən çox universitet və 20-dən çox ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edəcəyi sərgi “Azəristudent” şirkəti tərəfindən təşkil olunur.
Bank VTB (Azərbaycan) ölkədə və xaricdə oxumağı planlaşdıran şəxslər üçün nəzərdə tutulan “Təhsil krediti” məhsulunu sərgidə təqdim edəcək.Bu barədə "Marja"ya Bankdan bildirilib.
Bankın məlumatında qeyd olunur ki, sərfəli şərtləri və geniş imkanları sayəsində bankın “Təhsil krediti” oxumaq istəyənlər üçün çox əlverişlidir. Məhsulun şərtlərinə əsasən, kredit həm ali, həm də orta-ixtisas məktəblərində təhsilin ödənişi üçün nəzərdə tutulub. Bu zaman kredit həmçinin əlavə təhsil, təkmilləşmə və peşə hazırlığının ödənişinə də yönəldilə bilər. Pul vəsaiti təhsil alanın özünə və ya yaxın qohumuna ayrıla bilər. Krediti almaq üçün artıq oxuyan və təhsilini davam etdirmək üçün ödəniş etməyi planlaşdıran şəxslərə də müraciət edə bilər.
Bankın mütəxəssisləri təhsil krediti barədə sərgi ziyarətçilərinə ətraflı məlumat verəcək, eləcə də təhsil alanlara və onların ailələrinə xaricdə faydalı olacaq digər məhsul və xidmətlərdən danışacaq. Bank VTB (Azərbaycan)-ın “Təhsil krediti” barədə ilkin ətrafı məlumatı http://ru.vtb.az/personnel/credits/educationloan.php linki vasitəsi ilə tanış olmaq mümkündür.
Sərgi 10 fevral tarixində JW Marriott Absheron otelində keçiriləcək. Sərgiyə gələn ziyarətçilər özlərinə, övladlarına uyğun təhsil ocağı seçib, həmin müəssisənin nümayəndəsi ilə birbaşa ünsiyyətdə olub, bütün maraqlandıran sualları onlara verə biləcək.
Sərgidə barədə ətraflı məlumat üçün: http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























