Həyatımızı idarə edən “Bir tək şey”
www.readit.az saytı öz kitabxanasını sizin üçün faydalı kitablarla zənginləşdirməyə davam edir. Saytda yerləşdirilən növbəti qısa məzmun Qari Keller və Cay Papasan tərəfindən yazılmış “Bir tək şey” kitabının qısa məzmunudur. Sizin üçün istiqamətləndirici xarakterli fikirlərlə zəngin bu kitabın nədən bəhs etdiyini qısa şəkildə aşağıdakı məqalədən öyrənə bilərsiniz:
Tək bir məsələyə üstünlük verin
Tək bir məsələyə üstünlük vermək - və ya "tək məqsəd və ya müvəffəqiyyətə fokuslanaraq kiçilmə" - bəzi insanlara bir gün ərzində daha çox iş görmək imkanı verir. Çoxsaylı layihələrin qeyd olunduğu görüləcək işlər siyahısı konsentrasiyanızı kiçik hissələrə bölərək bir neçə məsələdə mükəmməlləşməyin mümkün olduğunu göstərir. Digərlərini ixtisar etmədən daha çox layihə əlavə etmək nəticələrinizi, ailə və dostluq münasibətlərinizi, pəhrizinizi, yuxu rejiminizi və sağlamlığınızı korlayır. Buna görə də həyatınız “kiçilir”. Ancaq bir lazımlı hədəfə fokuslanmaq daha böyük qüvvələri hərəkətə keçirir. Əsas vəzifənizə üstünlük verdikdə, digər hər şey domino daşları kimi bir-birinin ardınca düşür.
Müvəffəqiyyətlərinizin artmasını istəyirsinizsə, unutmayın ki, bu işinizə nəyisə əlavə etməyi deyil, çıxartmağı tələb edir. Kənar təsirlər vasitəsilə daha çox şey etmək əvəzinə, daha çox şey qazanmaq üçün daha kiçik şeylər etməlisiniz.
Ən məhsuldar insanlar fəaliyyətə müəyyən məqsədlə başlayır və onu kompas kimi istifadə edirlər. Məqsədin onların hərəkətlərini istiqamətləndirən bir qüvvə olmasına şərait yaradırlar.
Ən yaxşı yol düzgün sual vermkdir
Düzgün cavabları tapmağın ən yaxşı yolu düzgün suallar verməkdir. “Konsentrasiya sualı”nın cavabını tapmaq fəaliyyətinizi təsvir etmək üçün lazım olan düzgün cavabı, o isə sizin həyatınızı formalaşdıracaq. “Hər şeyi daha asan və ya lazımsız hala gətirmək üçün edə biləcəyim tək şey nədir?” kimi bir sual olduqca sadə olsa da, asan deyil. Bu sual sizi görüləcək işlər siyahısından kənara çıxmağa və hər şeyi öz yerinə yerləşdirməyə kömək edən “ilk domino”ya yönəldir.
Hədəflərinizi dəyərləndirin
Hədəflərinizə çatmağın düsturu “məqsəd, prioritet və məhsuldarlıq”dan ibarətdir və bunlar aysberqin suyun altında qalan hissələri kimidir. Suyun üzündəki hissə aysberqin kiçik bir hissəsidir. Nəticələrə çatmaq üçün məqsəd, prioritet və məhsuldarlıq ilə hədəflərinizi dəyərləndirin. Məqsədiniz fəaliyyətinizin əsasıdır. Hara getdiyinizi bilsəniz, həyatın sizə təqdim etdiyi fürsətlərdən daha yaxşı istifadə edə bilərsiniz.
Uğura aparacaq bir tək şeyin nə olduğunu öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.
Öz fəaliyyətinizi təşkil etməyin digər yeni və maraqlı üsullarını öyrənmək istəyirsinizsə, www.readit.az saytına baş çəkin, şəxsi inkişafınızı və qərarlarınızı gücləndirəcək məlumatlarla zəngin qısa məzmunlardan faydalanın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
2 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
3 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
3 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
3 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi























