Əhalinin banklara borcu yarıbayarı azaldı
Azərbaycan vətəndaşlarının banklara borcu azalır.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda 5 milyard 858.7 milyon manat olan cəmi borc 2017-ci ilin sonunda 4 milyard 606.5 milyon manata düşüb.
Söhbət bankların ev təsərrüfatlarına verdiyi kreditlərdən (əsasən istehlak kreditləri) gedir. Dolların Manat qarşısında bahalaşması ilə ev təsərrüfatlarına verilən kreditlərin məbləği manatla ifadədə 2015-ci ilin sonunda 8 milyard 383.6 milyon manata qalxmışdı. 2016-cı ilin əvvəlindən başlayaraq portfel azalmağa başladı və 2017-ci ilin sonunda 4 milyard 606.5 milyon manatadək düşüb. Son 2 ildə ev təsərrüfatlarına verilən kreditlər 45% azalıb.
2017-ci il ərzində ev təsərrüfatlarına verilən kredirlər 1 milyard 252 min manat və ya 21,4% azalıb.
2017-ci ilin sonuna olan məlumata görə, ev təsərrüfatlarına verilmiş 4 milyard 606.5 milyon manat kreditlərin 1 milyard 737 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verimiş kreditlər təşkil edib. Xalis istehlak kreditləri 2 milyard 869 milyon manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























