Bankların kreditlərdən qazancı 420 milyon manat düşdü
Azərbaycan banklarının müştərilərə verilmiş kreditlərdən gəliri azalıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2016-cı ildə bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 702 milyon manat ikən, 2017-ci ildə 1 milyard 283 milyon manat təşkil edib. Faiz gəlirləri 419 milyon manat və ya təxminən 25% azalıb.
Bankların faiz xərcləri 1 milyard 80 milyon manatdan 825 milyon manata düşüb.
Bankların cəlb etdikləri depozitlərə görə ödədikləri faizlər ötən il 89 milyon manat azalıb. Əgər 2016-cı ildə banklar depozitlər üzrə 462 milyon manat faiz ödəmişdirlərsə, 2017-ci ildə bu məbləğ 373 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il bankların müştərilərə verdiyi kreditlər 4 milyard 601 milyon manat azalıb. Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat ikən, 2017-ci ilin sonunda 11 milyard 338 milyon manat təşkil edib. Devalvasiyadan sonra 2015-ci ilin Martında bankların müştərilərə verdiyi kreditlərin məbləği 20 milyard manatı keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























