“AGBank” kapitalının böyük hissəsini itirib
“AGBank” ASC 2016-cı ilin birinci yarısında nizamnamə kapitalını 77.2 milyon manat artıraraq 102,2 milyon manata çatdırmışdı. Həmin vaxt bank bu hadisəni geniş reklam etmiş, “AGBank”ın devalvasiyalara görə yaranmış çətin vəziyyətdən xilas olacağı şəklində təqdim edilmişdi.
Dünən “AGBank” 2017-ci ilin yekunu üzrə maliyyə hesabatlarını açıqladı. Hesabatlardan məlum olur ki, Bankın səhmdarları yenidən pul tapmaq məcburiyyətindədirlər. Bankın kapitalı tələb olunan səviyyədən (50 milyon manat) də aşağı düşüb.
"AgBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb.
“AgBank” 2017-ci ilin sonuna məcmu kapitalının məbləğini açıqlamayıb. Məcmu kapitalın adekvatlıq əmsalı üzrə norma 10 olsa da, "AgBank"da fakt 8,15-dir. Bankın göstəricisinin normadan aşağı olması, məcmu kapitalın minimal tələb olan 50 milyon manatdan da aşağı düşdüyünə işarədir.
Qeyd edək ki, "AgBank" problemli kreditlərə görə çətin vəziyyətə düşüb. Ötən ilin sonuna Bankın problemli kredit portfeli 147 milyon 296 min manat təşkil edib. Bu məbləğ 2015-ci ilin yanvarında 56 milyon manat, 2016-cı ilin sonunda isə 136 milyon 405 min manat idi. Bank bu kreditləri geri yığa biləcəyini ümid edir.
"AgBank" üçün daha pis vəziyyət xərclərini bağlayacaq qədər gəlirlər əldə edə bilməməsidir. Daha ətraflı: http://marja.az/news/19924
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























