Banklar Assosiasiyasında “Bakı yanaşması” iclası
“Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub
2018-ci il 31 yanvar tarixində Azərbaycan Banklar Assosiasiyasında “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar iclas keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Bankların səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.
Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Maliyyə xidmətlərinin inkişafına dair Strtaeji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi müxanizmlərin yaradılması” sərlövhəli 1.2.1-ci tədbirinin icrası üzrə “Bakı yanaşması” adlı sənədin hazırlanması üzərində iş aparır.
Palata nümayəndələri ilə birgə işçi qrupunun yaradılması məqsədilə prosesə qoşulmaqda maraqlı olan banklar və onları prosesdə təmsil edəcək səlahiyyətli nümayəndələr (idarə heyətinin sədri və ya üzvləri səviyyəsində) Azərbaycan Banklar Assosiasiyası tərəfindən banklara müraciət edilərək müəyyənləşdirilib.
İclasın sonunda qərara alınıb ki, “Bakı yanaşması” sənədi ilə əlaqədar ABA-ya üzv təşkilatların rəy və təklifləri yazılı şəkildə ABA-ya bildirilsin.
Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
22 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























