Dollar İndeksində 1987-dən bəri bir ilk
Dollar indeksi 3% nisbətində düşərək 1987-ci ildən bəri ən pis Yanvar ayını keçirir.
"Marja" xəbər verir ki, Dollar indeksi sonuncu dəfə 2014-cü ildə görülən 90 səviyyəsindən də aşağı qalır. Dollar İndeksi - ABŞ dollarının Avro, Yapon yeni, İngilis funt-sterlinqi, Kanada dolları, İsveç kronu və İsveçrə frankı olmaqla 6 əsas pul vahidinə qarşı dəyərini ölçür. Bu dəqiqələrdə Dollar İndeksi 88,90 səviyyəsindədir.
ABŞ-ın xəzinə naziri Steve Mnuchin-in keçən həftə zəif dollardan narahat olmadığını bildirmiş, ertəsi gün isə güclü dolların ölkənin maraqları üçün ən yaxşısı olduğunu bildirmişdi.
Prezident Donald Trump isə verdiyi açıqlamada güclü dolların tərəfdarı olduğunu vurğulamışdı.
Dollar indeksi 2017-ci ildə 11 faiz geriləmişdir.
Fed bu gün faiz qərarını açıqlayacaq. Faizin artırılacağı gözlənilməsə belə, analitiklər birincisi Martda olmaqla Fed-in bu il ən azı 3 dəfə faiz artıracağını nəzərdə tuturlar. Faizlərin artırılması ilə Dolların yenidən güclənəcəyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 47 san. əvvəl
- 4 d. əvvəl
- 10 d. əvvəl
-
16 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
19 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 41 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 55 d. əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 16-da gözlənilən hava şəraiti
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
Ən çox oxunanlar
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı














.jpg)





