Neftçala Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək
Yeni layihələrin həyata keçirilməsi məqsədilə sahibkarların artan müraciətlərini nəzərə alaraq, Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.
"Marja" xəbər verir ki, bunu Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov bildirib.
O qeyd edib ki, hazırda Neftçala Sənaye Məhəlləsində layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil edən 9 rezident, o cümlədən avtomobil, balıq yemi və digər yemlər, balıq konservləri, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları və modul tipli məktəb binaları üçün konstruksiyalar istehsalı və digər sahələr üzrə məşğul olan sahibkarlar fəaliyyət göstərirlər. Məhəllədə, həmçinin kiçik sahibkarlar üçün emalatxanalar da yaradılıb.
Bu layihələr üzrə 4 müəssisəyə verilmiş investisiya təşviqi sənədi əsasında sahibkarlar 3,5 milyon manat vəsaitə qənaət edib, 2 müəssisəyə 6,5 milyon manat güzəştli kredit verilib və Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın daimi iş yerinin açılması üçün zəmin yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























