“Səba” daha bir məşhur toxum istehsalçısının eksklüziv distribüteri oldu ®
“Səba” şirkəti Azərbaycanda Türkiyənin “MAY” şirkətinin toxumlarını təqdim etməyə başlayıb. “Səba”ya daxil olan “Qarabağ Taxıl” MMC istehsal və hazırlama gücü ilə Türkiyənin əkinçilikdə ən qabaqcıl investoru olan "MAY-Agro Tohumculuk Sanayi Ve Ticaret" şirkəti ilə eksklüziv distribüterlik haqda müqavilə imzalayıb.
1978-ci ildən fəaliyyət göstərən “MAY” şirkəti illik 30 min tondan artıq sertifikatlaşdırılmış toxum istehsalı gücünə malikdir. Şirkətin Azərbaycanda təqdim olunan toxum sortlarının hamısı ölkəmizdə də sertifikatlaşdırılıb.
Azərbaycan əhalisinin gələcəyini və sağlam məhsul yetişdirilməsini vacib sayan “Səba”-nın “MAY” Toxum ilə müqavilə bağlamasının əsas səbəblərindən biri də, Türkiyədə GMO məhsul yetişdirilməsinin və satışının qadağan olunmasıdır. “Səba” şirkəti “MAY” toxumlarını artıq öz sahələrində sınaqdan keçirib və özü becərməklə yanaşı, fermerlərə də bu toxumları əldə etmək və təsərrüfatlarında əminliklə istifadə etmək imkanı yaradır.
Qarğıdalı və soya yetişdirməklə yanaşı, “Səba” bu bitkilərin toxumlarının satışı ilə də məşğuldur. “Səba” dünyanın məşhur toxum istehsalçısı DuPont şirkətinin Pioneer brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribüteridir. Bu şirkətin İsveçrədəki nümayəndəliyi ilə müqavilə bağlayan “Səba” Azərbaycana Avropa istehsallı – GMO-dan azad toxumlar gətirir.
Dünyada həm də Araşdırma və İnkişaf sahəsi ilə tanınan “MAY” Toxum şirkətinin toxumları yüksək məhsuldarlığı ilə fərqlənir. Doğru aqrokimyəvi qulluq zamanı bu toxumlar hektardan 50-60 sentner məhsul verimi qabiliyyətinə malikdir.
“Səba”dan verilən məlumata görə, şirkət bu il soya əkini üçün nəzərdə tutduğu sahəni artıraraq, 3300 hektara çatdırıb.
Qeyd edək ki, “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan ərazilərində qarğıdalı və soya becərir. Şirkətin becərdiyi məhsulun bir hissəsi “Səba” quşçuluq müəssisəsində yetişdirilən quşlara yem üçün ayrılır. Bundan başqa, şirkət məhsulunun bir hissəsini də fermerlərə satır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
23 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 45 d. əvvəl
-
48 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb






.jpg)















.jpg)


