Bu sektorda işlər canlanır
2017-ci ildə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 46,6 faiz artaraq 567,8 milyon manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, sementin istehsalı 24,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 64,0 faiz, şüşə lifindən ipliyin istehsalı 76,1 faiz, tikinti kərpici 48,4 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 96,8 faiz artmışdır.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2017-ci ildə 708,3 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 8,7 faizlik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 12,0 faizlik azalma müşahidə olunmuşdur. İl ərzində sahə üzrə 387,3 min ton (4,0 faiz çox) polad tökmə, 714,9 ton (54,7 faiz çox) alüminium çubuqlar, millər və profillər istehsal edilmişdir. Çuqun tökmənin, alüminium ərintilərinin istehsalı və metalların üst təbəqəsinin emalı üzrə xidmətlərin həcmi azalmışdır.
Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı
Məhsul növləri | 2017-ci ildə istehsal edilmişdir | 2016-cı ilə nisbətən, faizlə | 01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton | 2 880,7 | 124,3 | 89,2 |
Şüşə lifindən iplik, ton | 856,2 | 176,1 | - |
Qəlpəsiz şüşə, min kv.m | 578,5 | 36,9 d. | - |
Tikinti gipsi, min ton | 83,4 | 57,4 | 0,7 |
ondan əmtəəlik | 31,4 | 28,7 | 0,7 |
Tikinti əhəngi, ton | 29 795,4 | 108,6 | 36,0 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, ton | 95 428,7 | 101,2 | 1 457,1 |
Betondan yığma tikinti konstruksiyaları, min kub m | 144,5 | 164,0 | 3,2 |
Asfalt, min ton | 142,6 | 39,7 | - |
Tikinti kərpici, min kub metr | 298,4 | 148,4 | 22,9 |
Hörmə üçün hazır beton qarışığı, min ton | 797,5 | 196,8 | - |
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton | 22 558,7 | 3,1 d. | 127,3 |
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin buraxılışı
Məhsul növləri | 2017-ci ildə istehsal edilmişdir | 2016-cı ilə nisbətən, faizlə | 01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı | |
| ||||
Çuqun tökmə, ton | 321,8 | 12,7 | 255,6 | |
ondan əmtəəlik | 315,4 | 12,6 | 255,6 | |
Polad tökmə (ümumi), min ton | 387,3 | 104,0 | 2,5 | |
Armatur, min ton | 251,5 | 104,2 | 1,2 | |
ondan əmtəəlik | 245,6 | 101,7 | 1,2 | |
Polad borular, min ton | 45,1 | 83,9 | - | |
Emal edilməmiş alüminium ərintiləri, min ton | 28,5 | 77,4 | 0,8 | |
Alüminium çubuqlar, millər və profillər, ton | 714,9 | 154,7 | 165,9 | |
Hazır metal məmulatlarının istehsalı | ||||
Qara metallardan qeyri-elektrik radiatorlar və onların hissələri, ton | 149,3 | 4,5 d. | - | |
Metalların üst təbəqəsinin emalı üzrə xidmətlər, min manat | 7 177,3 | 19,2 | - | |
Mayelər üçün çənlər, sisternlər, ton | 135,3 | 40,3 | 40,0 | |
Misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, ton | 12 935,4 | 2,2 d. | ||
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)


