"Hər tərəfdən sərfəli!" böyük marağa səbəb olub - 47% ARTIM
"AccessBank"ın qazandıracağı "iPhone X"-in potensial sahiblərinin sayı durmadan artır .
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, ötən ilin noyabr ayının 27-dən etibarən start götürən "Hər tərəfdən sərfəli!" kampaniyası böyük marağa səbəb olub.
Bildiyiniz kimi, cari ilin yanvarın 31-dək davam edən kampaniya çərçivəsində "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" plastic kartları müştərilərə 50% endirimlə təklif olunur. Kampaniyada iştirak edən şəxslər yarı qiymətə plastik kart əldə etməklə yanaşı, "iPhone X" udmaq şansını da qazanırlar.
"Ötən ilin dekabr ayı ərzində müştərilər tərəfindən əldə olunan kartların sayı orta aylıq göstərici ilə (ötən 3 ay) müqayisədə 47% artıb. Bu isə kampaniyaya ciddi marağın olmasından xəbər verir. Kampaniya başa çatanadək bu göstəricinin artması artıq şübhə doğurmur",- Bankın məlumatında deyilir.
Qeyd edək ki, kampaniyada iştirak etmək üçün "AccessBank" tərəfindən dövriyyəyə buraxılmış "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, internet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 AZN və ya ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat edən iki müştərinin hər biri yeni "iPhone X" smartfonu qazanacaq.
Kartlar üzrə tariflərlə bu linkdən tanış olmaq olar.
"Hər tərəfdən sərfəli!" kampaniyası barədə daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
10 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 8 saat əvvəl
-
-
10 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
13 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
13 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
13 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək

























