“Azərsun” şəkər və qənd bazarından sıxışdırılır
2017-ci ilin 11 ayında əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə qənd və şəkər tozu istehsalı isə 47,9 faiz azalıb.
"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-noyabr aylarında 205,7 min ton qənd və şəkər tozu istehsal olunub. Halbuki, 2016-cı ilin yanvar-noyabr aylarında 394,7 min ton qənd və şəkər tozu istehsal edilmişdi. İllik müqayisədə istehsal 189 min ton geriləyib.
01.12.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 46,5 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycana 160,7 milyon dollar dəyərində 349,7 min ton şəkər idxal olunub. Bu, miqdar və məbləğ olaraq ötən ilin anoloji dövrü ilə müqayisədə təxminən 50% çoxdur.
Azərbaycanda şəkər tozu istehsalçısı “Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Rəsmi statistika və zavodun istehsal gücününü müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu təxminən yarı gücü ilə işləyir.
İmişli Şəkər Zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir.
Qeyd edək ki, Azərbaycanın Ukraynadan şəkər tozu idxalı artıb. Bu idxal ilə iri ticarət şirkətləri məşğul olurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






