İnhisarın azalması ilə xarici ticarətlə məşğul olanlar kəskin artıb
Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların (xarici iqtisadi fəaliyyət iştirakçıları) sayı kəskin artıb.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2016-cı ildə 2015-ci illə müqayisədə 2 dəfə artaraq 14055-ə çatıb. 2014-cü ildə 6372 şəxs, 2015-ci ildə 7159 şəxs xarici iqtisadi fəaliyyət iştirakçısı idi.
Ötən il xarici iqtisadi fəaliyyət ilə məşğul olmuş 14055 şəxsin 8620-si fiziki şəxs, 5435-i hüquqi şəxs olub. 2015-ci ildə 3 566 fiziki şəxs, 3 593 hüquqi şəxs ixrac və idxal əməliyyatları ilə məşğul olmuşdu.
2016-cı ildə xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlərin (hüquqi şəxslərin) sayı 1842 şəxs artaraq 5435-ə yüksəlib.
Xarici iqtisadi fəaliyyət ilə məşğul olan fiziki şəxslərin sayı daha çox artıb. 2016-cı ildə belə fəaliyyətlə məşğul olan fiziki şəxslərin sayı 5054 şəxs artaraq 8620-yə çatıb.
Ticarət əlaqələri qurulan ölkələrin də sayı artır. 2016-cı ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 2014-də ölkələrin sayı 150, 2015-ci ildə isə 165 olmuşdu.
Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayının artması idxalda inhisarın azalılması ilə əlaqələndirilir.
Göstəricilər | 2014-cü il | 2015-ci il | 2016-cı il |
Xarici ölkələrin sayı | 150 | 165 | 186 |
XİF iştirakçılarının sayı o cümlədən: | 6 372 | 7 159 | 14055 |
- Fiziki şəxslər üzrə | 2 645 | 3 566 | 8620 |
- Hüquqi şəxslər üzrə o cümlədən: | 3 727 | 3 593 | 5435 |
- dövlət sektoru | 278 | 244 | 251 |
- özəl sektor | 3 449 | 3 349 | 5184 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















