DəmirBankda pul köçürmələri 25% artıb
DəmirBank-da pul köçürmə sistemləri ilə göndərilən vəsaitin məbləği ilin əvvəli ilə müqayisədə son 3 ay ərzində 25%-dən çox artıb. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Qeyd edilib ki, hazırda DəmirBank-da Zolotaya Korona, Western Union, Contact kimi beynəlxalq pul köçürmələri ilə yanaşı, Bankın öz ölkədaxili Şimşək pul köçürmə sistemi də fəaliyyət göstərir.
Bu sistemlər vasitəsilə müştərilər DəmirBank-ın istənilən filialından dünyanın bir çox nöqtəsinə zaman itkisi olmadan və əlavə hesab açmadan rahatlıqla cəmi bir neçə dəqiqəyə pul göndərə bilərlər. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.
DəmirBank-ın Mərkəz filialında bayram və istirahət günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 00:00-dək pul köçürməsi xidmətindən istifadə etmək mümkündür.
Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
6 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 7 saat əvvəl
-
7 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"



















