Boru çatladı, neft qiymətləri "partladı"!
Forties Boru Kəməri Sisteminin müvəqqəti olaraq bağlanması Brent neft qiymətlərini 2015-ci ilin İyun ayından bəri ilk dəfə 65 dolların səviyyəsini aşmasına səbəb olub. "Marja" xəbər verir ki, bu gün Brent nefti daha 1,6% bahalaşaraq 65,71 dollara çatıb.
Birləşmiş Krallıqdan ABŞ-a uzanan Forties Boru Kəməri Sistemindəki çatlar (neft sızıntısı aşkar olunub), Avropa, ABŞ və Asiya xam neft bazarlarına təsir edib.
Boru kəmərini işlədən "Ineos" şirkəti, Şotlandiyanın Aberdeen rayonundan keçən borularda aşkar edilən çatların təmir edilməsinin iki həftə tələb etdiyini bəyan edib.
Forties Boru Kəməri Sistemi ən yüksək miqdarda Brent neftinin transfer edildiyi neft kəməri olması səbəbindən dünya neft bazarlarına təsir edir. Məhz bu kəmərlə nəql olunan neft London birjasında ticarət olunur.
QİYMƏT 67 DOLLARI TEST EDƏ BİLƏR
Analitiklər isə qeyd edir ki, kotirovkalar onsuz da artıma köklənmişdi. Belə ki, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr tərəfindən neft hasilatının azaldılmasına dair anlaşmanın müddətinin uzadılması buna şərait yaradıb. Avstriyanın paytaxtı Vyanada razılaşma əldə olunandan sonra neft aşağı diapazonda ticarət olunurdu və istənilən pozitiv xəbər irimiqyaslı qiymət artımını qaçılmaz edirdi.
Hazırda isə treyderlər ABŞ-da neft ehtiyatlarına dair statistikanın açıqlanmasını gözləyir. "Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən birja iştirakçıları hesab edirlər ki, ABŞ-ın neft ehtiyatları 3,3 mln. barrel azalıb, benzin ehtiyatları isə 1,5 mln. barrel artıb. Faktiki məlumatlar bazar üçün pozitiv olarsa, Brent markalı neftin qiyməti 67 dollara ötə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















