Unibank-dan “ilin şansı” - 95 nəfər qalib olacaq!
95 nəfər Unibank lotereyasının qalibi olacaq
Unibankdan kredit götürürsünüz və ya Unibank kartı ilə ödənişlər edirsiniz, lotereyada 2018 AZN pul hədiyyəsi qazanmaq şansı əldə edirsiniz.
Bu şansı sizə Unibankın “Yeni il-2018” adlı tirajlı stimullaşdırıcı lotereyası yaradır.
Dekabrın 6-dan yanvarın 15-dək Unibankdan kredit alan və ya Unibank kartları ilə alış-veriş edən, Unibank Mobile-da Unibank kartı ilə ödəniş edən müştərilər 10 000 AZN-dən çox uduş fondlu lotereyanın 95 qalibindən biri ola bilərlər. İki qalib lotereyanın ən yüksək mükafatına - 2018 AZN məbləğində pul uduşuna sahib olacaq.
Loterеyada kimlərin qalib olmaq şansı var?
Kreditlər üzrə:
-Lotereya müddətində Unibankdan nağd kredit və ya Albalı Plus kredit kartı alan müştərilər;
Kartlar üzrə:
-Lotereya müddətində Unibankın debet, kredit və maaş kartları ilə nağdsız ödəniş edən müştərilər;
-Lotereya müddətində Unibank kartları ilə Unibank Mobil əlavəsində kommunal, mobil, stasionar, internet/ Tv xidmət ödənişi edən müştərilər. Kartlar ilə edilən nağdsız ödənişlərin hər 10 AZN- i müştəriyə lotereyada 1 iştirak şansı qazandırır. Kartlar üzrə lotereyada iştirak etmək üçün 15 yanvaradək unibank.az saytında (https://onlineservices.unibank.az/LottoRegister/)qeydiyyatdan keçmək lazımdır.
Lotereya qalibləri aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər:
-2 nəfər qalib hər biri 2018 manat
-1 qalib 500 manat
-22 nəfər hər biri 100 manat
-70 nəfər qalib hər biri 50 manat.
2 hissədən ibarət tiraj yanvarın 23-də Unibankın Baş ofisində keçiriləcək. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında aparılacaq.
Loteryada iştirak edin və 2018-ci ildə şans üzünüzə gülsün!
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Bankın bir çox filialları şənbə günləri də müştərilərə xidmət edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
39 d. əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 53 d. əvvəl
-
1 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Ən çox oxunanlar
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır














.jpg)







.jpg)
