Azərbaycanda əhalinin üzümə olan təlabatı ödənmir
Dünyada fəaliyyət göstərən Qida İnstitutlarının müəyyən etdiyi normalara görə bir insan il ərzində orta hesabla 10-12 kq təzə üzümlə, 1,8-2,0 kq quru üzümlə qidalanmalıdır. Belə olan halda respublika əhalisinin təzə üzümə olan təlabatının ödənilməsi üçün ildə ən azı 170-180 min ton süfrə üzümü istehsal edilməlidir.
Bunu "Marja"ya İnstitutun direktoru t.e.d Tariyel Pənahov "Marja"ya bildirib.
"Statistik məlumata görə 2016-cı ildə respublikdada 160 min tondan artıq üzüm istehsal olunmuşdur. Azərbaycanda istehsal olunan üzümün 25-30%-ni (40-48 min ton) süfrə üzümü və 70-75%-ni texniki üzüm (112- 120 min ton) sortları təşkil edir. Belə olan halda süfrə üzümünə olan illik təlabatın təqribən 180 min ton olduğunu nəzərə alsaq, respublikada əlavə olaraq ən azı 132-140 min ton süfrə üzümü istehsal olunmalıdır ki, əhalinin təzə üzümə olan təlabatı ödənilsin (bu isə orta hesabla 14-15 min ha yeni süfrə üzüm sortlarından ibarət bağ deməkdir)".
Tariyel Pənahov əlavə edib ki, yuxarıda qeyd olunanlarla bağlı beynəlxalq təcrübə araşdırılmış və aşağıdakı tədbirlərin icrası məqsədəuyğun sayılır:
-Süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzüm plantasiyalarının salınması üçün uzunmüddətli güzəştli kreditlərin verilməsi (aşağı faizli);
-Yerli məhsullardan istehsal edilən alkoqollu içkilərə tətbiq edilən vergilərin azaldılması;
-yeni üzümlüklərin salınması ilə əlaqadar bir hektara çəkilən xərclərin müəyyən hissəsinin üzüm istehsalçılarına subsidiya şəklində ödənilməsi;
-Üzüm istehsalı, emalı üzrə və bu sahəyə xidmət edən müxtəlif təsərrüfat formaları, kooperativlər, şirkətlər və ixrac yönümlü konsernlərin yaradılması dəstəglənsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 30 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Bakı-Tbilisi qatarı ilə bağlı Rəsmi açıqlama
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Ən çox oxunanlar
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir






.jpg)








.jpg)






