Avropa Şurası Azərbaycanda məhkəmə-hüquq sisteminə tarixi qiymət verib - FOTO
Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatı Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlara verilən ən yüksək tarixi qiymətdir.
Bununla da Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik ölkə kimi düşüb.
“Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır. Müsabiqə iki ildən bir keçirilir və Avropa Şurasının rəsmi saytından alınmış məlumata əsasən, cari il 37 layihə üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsabiqəyə təqdim olunub.
“Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə qalib dövlətlər bu il oktyabrın 27-də, Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində elan olunub, ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın 4 ən qabaqcıl layihəsi Avropa Şurası tərəfindən mükafatlandırılıb. Avropa Şurası Münsiflər Heyətinin Paris şəhərində keçirilmiş iclasının qərarına əsasən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” adlı layihə qalib gəlmiş 4 layihə sırasına daxil edilib (digər üç layihə Norveç, Bolqarıstan və İtaliyaya aiddir). Azərbaycanın təqdim etdiyi layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.

Jüri üzvləri, CEPEJ prezidenti və mükafatlandırılan ölkələrin nümayəndələri
Avropa Şurasının Münsiflər Heyətinin tərkibi hər müsabiqə üçün fərqli seçilir. Hazırkı Münsiflər Heyəti İtaliya, Hollandiya, Yunanıstan, Xorvatiya, Norveç və İsveçrənin Ədliyyə nazirliklərinin rəhbər işçiləri və məhkəmə sədrlərindən ibarət olub (hazırkı tərkibdə Avropa Şurası Avropa Hakimlərinin Məşvərətçi Şurasının prezidenti də təmsil olunurdu).
Ümumiyyətlə, Azərbaycanın qalib gəldiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” layihəsi “BestComp qrup” şirkəti tərəfindən yaradılan “AZEMİS” elektron məhkəmə informasiya sisteminin hesabat moduludur və əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir (İntellektual İdarəetmə). Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ analitik hesabatların elektron hazırlanmasını mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.

Avropa Şurasının Münsiflər Heyətinin sədri Cakomo Oberto (sağda); Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov (ortada);“Elektron məhkəmə” sisteminin yaradılması üzrə İşçi qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov (solda)
Cari il oktyabrın 27-də Şotlandiyanın Edinburq şəhərində parlament binasında keçirilmiş təntənəli mükafatlandırma mərasimində ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov, “Elektron məhkəmənin” yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov və digər mütəxəssislərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirə həmçinin Avropa Şurasının və Şotlandiyanın məhkəmə sisteminin yüksək vəzifəli şəxsləri qatılıb, müvafiq mükafat təntənəli surətdə nümayəndə heyətinin rəhbərinə təqdim olunub.
Xatırladaq ki, əvvəlki illərdə qalib gəlmiş ölkələr əsasən Qərbi Avropadan - Avstriya, Fransa, Almaniya, Belçika, Portuqaliya, Finlandiya, Estoniya, İngiltərə və Sloveniya olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
5 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
6 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
7 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
7 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
8 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
8 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR











.webp)















.jpg)



