Bitcoin-in fyüçers müqavilələrinə başlanacaq
ABŞ maliyyə nəhəngi "CME Group", virtual pul vahidi "Bitcoin"in fyüçers müqavilələrinə başlamağı planlaşdırdığını bildirib.
"Marja" xəbər verir ki, dünyanın ən böyük törəmə alətlər (forvard, fyüçers, opsion, svap) birjasının sahibi "CME Group"dan verilən açıqlamada, bu ilin dördüncü rübündə Bitcoin-in fyüçers əməliyyatlarına başlamağı planlaşdırdığını qeyd edilərək, tənzimləyici qurumların razılığının gözləndiyi bildirilib.
Açıqlamada fikirlərinə yer verilən "CME Group"un İdarə Heyətinin Sədri Terri Duffy, "İnkişaf edən kripto valyuta bazarlarında artan müştəri marağı göz önündədir. Buna görə, "Bitcoin" fyüçerslərini təqdim etmək qərarı verdik",- ifadələrini istifadə edib.
Açıqlamanın ardından, "Bitcoin" 5%-ə yaxın dəyər qazanaraq 6 min 420 dollara qədər qalxıb və bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Virtual pul vahidinin dəyəri oktyabr ayının əvvəlindən bəri 48 faiz, bu ilin əvvəlindən indiyədək isə 560 faiz artıb.
Mütəxəssislər, ABŞ-da tənzimləyici qurumların "Bitcoin" fyüçerslərinə mane olunmayacağını qeyd edirlər. Bu qurumların "gözlə və gör" mövqeyində olaraq "Bitcoin" fyüçerslərini ilk başdan yaxından izləyəcəklərini və bazarlara təsirlərini təhlil edəcəklərini bildirirlər.
Çin hökuməti, avqust ayında, ölkədə virtual pul vahidlərinin ilk İPO-sunda pul toplamağı qadağan etmiş və ölkədə "Bitcoin" əməliyyatlarının da qısa müddət ərzində dayandırılacağını açıqlamışdı. Ancaq sentyabr ayında, Çin hökuməti ölkədə "Bitcoin" və digər virtual pullar ilə əməliyyatlara daha çox tələblər qoyaraq davam edəcəyinin siqnalını vermişdi.
Fyuçers hər hansı aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətdə almaq və ya satmaq hüququ verən müqavilədir.
CME, CBOT, NYMEX and COMEX birjaları "CME Group INC"-ın nəzdində fəaliyyət göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























