“Yeni Əsrin müqaviləsi çərçivəsində 33 milyard dollardan artıq investisiya tələb olunur”
Bu gün Milli Məclisin plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə edilib.
Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, sazişin əsas mətni bu gün qüvvədə olan mətndən fərqlənmir: “Amma sazişə bəzi əlavələr edilib. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43,5 milyard dollar təşkil edib. Bu saziş çərçivəsində əsaslı xərclər 35 milyard dollar olub. Layihənin icrası müddətinə Azərbaycan tərəfinə 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb. Bu müddət ərzində podratçı şirkətlər tərəfindən mənfəət vergisi 15 milyard dollara yaxın olub. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan ACG 6 milyard dollara yaxın mənfəət əldə edib. Kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üzrə işlənməmiş 42 milyard kubmetrə yaxın qaz çatdırılma məntəqəsində Azərbaycan hökumətinə təhvil verib. Bu, mövcud qiymətlərlə bir neçə milyard dollar edir”.
V. Ələsgərov qeyd edib ki, bu günə mövcud kontrakt sahəsində çıxarıla bilən ehtiyatların həcmi 500 mln. tona yaxındır. Komitə sədri hesab edir ki, qiymətləndirmələrdən sonra bu ehtiyatın daha çox olacağı gözlənilir.
“Kontrakt sahəsində qalan neft ehtiyatlarını hasil etmək üçün 33 milyard dolardan artıq vəsait tələb olunur. 1994-cü ildə imzalanmış sazişin bitməsinə hələ 7 il qalır. Bu 7 il müddətinə podratçı şirkətlər tərəfindən böyük vəsait qoymaq mümkün olmazdı. Çünki 7 ilə qoyulan xərcləri geri qaytarmaq mümkün deyil. Layihə çərçivəsində tədqiqatlar üzrə işlərə 2019-cu ildə başlansa, yalnız 2023-cü ilin ortalarında neft hasil edilə bilər. Hazırkı sazişin qüvvədə olma müddəti isə 2024-cü ilə təsadüf edir. Buna görə də sazişin yenilənməsinə ehtiyac var idi”, - deyə V.Ələsgərov vurğulayıb.
Komitə sədri qeyd edib ki, SOCAR-ın törəmə şirkəti olan ACG şirkətinin payı 25%-ə qədər artıb. Xarici şirkətlərin bir yerdə payı 75%-ə yüksəlib: “Gördüyünüz kimi, törəmə müəssisənin payı iki dəfə artıb”.
V. Ələsgərov qeyd edib ki, podratçı şirkətlər tərəfindən 3 milyard 600 milyon dollar bonus ödəniləcək. Onun sözlərinə görə, illik 8 bərabər hissələrlə, yəni hər il 450 mln. dollar bonus ödəniləcək.
Sazişin digər şərtlərinin mövcud sənəddə olduğu kimi eyni qaldığını deyən V.Ələsgərov bildirib ki, yeni saziş 2049-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Deputat Vahid Əhmədov qeyd edib ki, sentyabr-oktyabr ayları Azərbaycan üçün çox uğurlu hadisələrlə yadda qalıb: “Sentyabr ayında çox mühüm əhəmiyyətə malik olan yeni neft müqaviləsi imzalandı. Oktyabrda isə Bakı-Tiflis-Qars dəmir yolunun açılışı həyata keçirildi və dünən ilk yük qatarları yola salındı. Bu, Azərbaycanın tarixi qələbəsidir. Dəmir yolunun çəkilməsinə çox böyük maneələr var idi. Hətta ABŞ Senatında bu layihənin reallaşmaması üçün erməni lobbisi hərəkətə keçmişdi. Bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin iradəsi ilə bu nəhəng layihə reallaşdı. Bu layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük siyasi əhəmiyyəti var. Belə bir mühüm layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlıq edirəm, siyasi iradəsinə görə Azərbaycanın dövlət başçısına təşəkkürümü bildirirəm”.
V. Əhmədov bir daha müzakirəyə çıxarılan neft müqaviləsinin Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
© APA
Deputat Əli Məsimli də öz növbəsində Milli Məclisin çox tarixi bir sazişi müzakirə etdiyini bildirib: “Bu saziş ölkəmizin karbohidrogen ehtiyatlarını bir daha dünyaya tanıtdı. Həmçinin, Azərbaycan neft ölkəsi kimi özünü bir daha təsdiq etdi. Yeni müqavilənin ayrı-ayrı ölkələrin şirkətləri ilə bağlanması Azərbaycanın müstəqilliyinə önəm verilməsinin əlamətidir”.
Müzakirələr davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi











.jpg)









.jpg)
