“AzərTürkBank”da böyük əməliyyat - pullarını yığıb, borclarını bağladı
“AzərTürkBank” böyük məbləğdə aktivlərini və öhdəliklərini azaltsa da, 9 ayı ehtiyatın hesabına mənfəətlə başa vura bilib.
Dövlət bankı “AzərTürkBank” ASC 2017-ci ilin 9 ayını 127 min 930 manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında Bankın cəmi gəlirləri 19 milyon 226 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 688 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 538 min manat təşkil edib. Həmçinin Bank ehtiyatlardan 189 min 867 manat azad edib. Ötən ilin anoloji dövrü ilə müqayisədə Bankın faiz və qeyri-faiz gəlirləri azalıb.
Bütün xərclər (19 milyon 292 min manat) çıxıldıqdan sonra Bankın 127 min 930 manat xalis mənfəəti qalıb. “AzərTürkBank” 2016-cı ili 7 milyon 338 min manat xalis mənfəətlə başa vurmuşdu.
30 Sentyabr 2017-ci il tarixində “AzərTürkBank” 295 milyon 206 min manat cəmi aktivlərə, 241 milyon 766 min manat cəmi öhdəliklərə və 53 milyon 439 min manat cəmi balans kapitalına malik olub.
Ötən ilin sonunda Bank 469 milyon 549 min manat cəmi aktivlərə, 414 milyon 903 min manat cəmi öhdəliklərə və 54 milyon 646 min manat cəmi balans kapitalına malik idi. Aktiv və öhdəliklərin kəskin azalması Bankın verdiyi borcları geri yığaraq, öz öhdəliklərini azaltmasıdır.
Belə ki, ötən ilin sonunda müştərilərə verilən kreditlər 149 milyon 284 min manatdan 115 milyon 489 min manata, “AzərTürkBank”ın digər banklara verdiyi borc 212 milyon 549 min manatdan 41 milyon 557 min manata geriləyib.
Eyni zamanda, “AzərTürkBank”ın digər Banklar və maliyyə müəssisələri qarşısında öhdəlikləri 144 milyon 336 min manatdan 53 milyon 532 min manata, müştəri hesablarındakı vəsaitlər 265 milyon 960 min manatdan 187 milyon 588 min manata düşüb. Yəni, “AzərTürkBank” böyük məbləğdə verdiyi borcları alıb, aldığı borcları qaytarıb.
“AzərTürkBank” 52 milyon manat məcmu kapitala malikdir.
"AzərTürkBank"ın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%), Türkiyə Respublikası Ziraat Bank (12,37 %), AzRe Təkrarsığorta ASC (6.55%), “Qala Həyat” Sığorta Şirkəti ASC (5.00%) və Ziraat Bank İnternational-dır (1.08%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























