İsti suyun qiyməti qalxmayacaq – AÇIQLAMA
Tarif Şurasının 28 noyabr tarixli qərarı əhalinin isti su təminatında qiymət artımına təsir göstərməyəcək. "Azəristiliktəchizat" ASC bildirir ki, yeni qərar əksinə isti suyun qiymətinin artırılmasının qarşısını alacaq.
Belə ki, "Azəristiliktəchizat" ASC əhali və təsərrüfat hesablı müəssisələr olmaqla iki kateqoriyaya xidmət göstərir. Əhai kateqoriyası üçün 1 kub metr su təchizatına görə 35 qəpik, tullantı sularının axıdılması xidmətləri üçün 15 qəpik təsdiq edilmişdi. Təsərrüfat hesablı müəssisələr üçün isə 1 kub metr su təchizatına görə 1 manat ödənilirdi.
Bu qərardan sonra əhali və təsərrüfat hesablı müəssisələr də daxil olmaqla bütün "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.
Qeyd edək ki, "Azəristiliktəchizat” 160 mindən artıq əhali qrupu üzrə abonentə xidmət göstərir. Bu qərar səhmdar cəmiyyətə imkan verir ki, müştəriləri arasında daha böyük paya malik olan əhali üçün isti suyun qiymətini artırmasın.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























