Azərbaycan mühasibləri növbəti foruma hazırlaşır
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 27 oktyabr 2017-ci il tarixində “Holiday Inn Baku” otelində Azərbaycan Mühasiblər Forumunu “AAF-2017” keçirəcək.
Bu barədə "Marja"ya Assosiasiyanın İctimaiyyətlə Əlaqələr bölməsindən bildirilib.
ARPA və Deloitte şirkətlərinin təşkilatçılığı, Baker Tilly Azərbaycan şirkətinin tərəfdaşlığı, AFB Bank (platin), AtaBank (qızıl) və PRİMA Management Consulting şirkətlərinin (gümüş) sponsorluqları ilə keçirilən Forumun
ana mövzusu - “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Tətbiqi və Çağırışlar”dır.
Məqsəd 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Maliyyə Alətləri” sənədinin tətbiqinin üstünlükləri, maliyyə qurumları, mühasiblərin üzləşə biləcəyi çətinliklər və onların aradan qaldırılması yollarını araşdırmaq, peşəkarların tövsiyələrini dinləmək və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Banklarda hesabatvermə sahəsində köklü dəyişikliklərə səbəb olacaq standart, banklarda maliyyə, risk idarəetməsi və İT bacarıqlarını özündə ehtiva edən geniş və müxtəlif tədbirlərin həyata keçirilməsi zərurəti yaradır. Bununla əlaqədar ARPA bilavasitə MHBS 9 əsasında çalışacaq mütəxəssisləri Forumda fəal iştirak etməyə çağırır.
Tədbirdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Deloitte, PwC, EY və s. təşkilatlardan olan yerli və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulub. Forum zamanı işıqlandırılacaq mövzuları
http://arpa.org.az/aaf-2017/ keçidindən əldə edə bilərsiniz.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 2009-cu ildən fəaliyyət göstərir və ölkədə maliyyə və korporativ idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək, bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır. Bu müddət ərzində fəaliyyət istiqamətləri üzrə bir çox yerli və beynəlxalq tədbirlər, o cümlədən bir neçə Risk və Mühasiblər Forumu təşkil etməklə, müxtəlif ölkələrin təmsilçisi olan peşəkarlar arasında təcrübə mübadiləsi platforması yaradır və əlaqələrin genişləndirilməsində körpü rolunu oynamaqda davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























