Trampdan İrana Hörmüz təhdidi: "Yer üzündən silərik"
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərə müşayiət edən ABŞ gəmilərinə hücum edəcəyi halda İranın “yer üzündən silinəcəyini” bildirib.
Marja xəbər verir ki, "Fox News" kanalına danışan Tramp İran ilə Hörmüz boğazında artan gərginliklə bağlı son vəziyyəti qiymətləndirib.
Tramp bildirib ki, İran Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət edən ABŞ ordusuna məxsus gəmilərə hücum edərsə, İran “yer üzündən silinəcək”.
Tramp İranın Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən bir gəmini hədəf aldığını, buna cavab olaraq İrana məxsus qayıqların batırıldığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinin müşaiyəti ilə (ABŞ gəmilərinin koordinasiyası ilə) boğazdan keçən digər ölkələrin ticarət gəmilərinə hücum etdiyini, buna cavab olaraq İrana məxsus altı qayığın batırıldığını açıqlayıb.
CENTCOM-un komandanı admiral Brad Cooper də İranın hücumuna cavab olaraq ABŞ ordusunun “mülki gəmiləri hədəf alan” İrana məxsus altı qayığı vuraraq batırdığını bildirib.
ABŞ Prezidenti Donald Tramp isə bildirib: “İran, "Azadlıq Layihəsi" ilə əlaqəli olaraq, Cənubi Koreyaya məxsus bir yük gəmisi də daxil olmaqla, mövzu ilə əlaqəsi olmayan ölkələrə bəzi hücumlar təşkil edib. Biz də 7 kiçik qayığı, ya da onların ifadəsi ilə sürətli qayığı vurduq”. Tramp Cənubi Koreyaya məxsus gəmidən başqa heç bir gəminin zərər görmədiyini bildirərək, bu ölkənin artıq İran məsələsində ABŞ-ı dəstəkləməsinin vaxtının gəldiyini deyib.
CENTCOMİranın ABŞ gəmisinə hücum etdiyi barədə iddialarını təkzib edib
İranın "Tasnim" agentliyində yayımlanan xəbərdə, İran ordusunun ABŞ donanmasına məxsus gəminin hədəf alındığı iddia olunub.
Xəbərdə qeyd olunub ki, ABŞ-a məxsus gəmi radarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa çalışıb və radarını açdığı zaman aşkar edilib.
Bildirilib ki, İran tərəfindən ABŞ gəmisinə “atəşkəsi pozduğu” barədə xəbərdarlıq mesajları göndərilib. Gəmi bu xəbərdarlıqlara cavab vermədikdən sonra İran ordusu xəbərdarlıq məqsədilə gəminin ətrafına qanadlı raket, pilotsuz uçuş aparatı və raketlər buraxıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın ABŞ hərbi gəmisinə raketlə hücum etdiyi barədə iddiaların əsassız olduğunu bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)









