Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
Əlavə 20 km tunelin, 9 yeni stansiyanın (Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə 5) və 2 deponun inşasını, əlavə 300 vaqonun alınmasını nəzərdə tutan layihə hazırlanıb. Layihənin ümumi dəyəri təxminən 2,6 milyard ABŞ dollarıdır. Bakı metrosunun illik daşıma qabiliyyətinin 25 milyon sərnişin artıracağı gözlənilir.Asiya İnkişaf Bankı (AİB və ya ADB) "Bakı Metropoliteni" QSC-nin genişləndirilməsi üzrə 850 milyon ABŞ dolları dəyərində investisiya layihəsini nəzərdən keçirir.
Bu barədə Asiya İnkişaf Bankından bildirilib.
Məlumata görə, layihəsinin təsdiq edilməsi 26 avqust 2027-ci ilə gözlənilir.
Bank bəyan edib ki, son illər Bakıda metrodan istifadə elə sürətlə artıb ki, mövcud və potensial tələbatın qarşılanması üçün şəbəkənin genişləndirilməsi və xidmət tezliyinin artırılması zərurəti yaranıb. Odur ki, "Bakı Metropoliteni" Yaşıl və Bənövşəyi xətləri üzrə əlavə 20 km tunelin, 9 yeni stansiyanın (Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə 5) və 2 deponun inşasını, əlavə hərəkət tərkibinin (300 vaqon) alınmasını nəzərdə tutan layihə hazırlayıb. Layihənin ümumi dəyəri təxminən 2,6 milyard ABŞ dollarıdır.
Bu investisiya proqramı artan nəqliyyat sıxlığı ilə üzləşən Böyük Bakının ərazisində metro xidmətlərinin əhatə dairəsini genişləndirmək üçün zəruridir. Əməliyyat sistemlərinin modernləşdirilməsi ilə birlikdə layihənin sistemin illik daşıma qabiliyyətini 25 milyon sərnişin artıracağı gözlənilir. Bu artım əsasən qatarlararası intervalın 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə endirilməsi hesabına təmin olunacaq.
Proqram krediti 30 yanvar 2025-ci ildə təsdiq edilmiş "2025-2030-cu illər üzrə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üzrə Dövlət Proqramı"nın ayrılmaz hissəsidir. Proqramın məqsədi Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunu təkmilləşdirmək, iqtisadi inkişafı sürətləndirmək, paytaxtın Baş Planına (2020-2040) uyğun olaraq əhalinin həyat səviyyəsini yüksəltməkdir.
Proqram milli, regional və yerli əsas maraqlı tərəflərlə sıx koordinasiya şəraitində hazırlanıb və Bakı şəhərində daha yaşıl, daha inklüziv və iqtisadi baxımdan daha firavan urban mühitin formalaşdırılmasına yönəlmiş kompleks yanaşma çərçivəsində icra olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 3 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























