Dünyanın ən böyük kosmetika şirkətinin səhmləri 9%-ə qədər bahalaşıb
Dünyanın ən böyük kosmetika şirkəti olan L’Oréal-ın səhmləri, çərşənbə günü bazar bağlandıqdan sonra proqnozları üstələyən rüblük nəticələr açıqlanmasının ardından 9%-ə qədər bahalaşıb.
Marja xəbər verir ki, Şirkətin açıqlamasına görə, birinci rübdə üzvi satışlar (organic sales) 7,6% artaraq 12,2 milyard avroya (14,3 milyard dollar) çatıb. Analitiklərin gözləntisi isə təxminən 3–4% səviyyəsində idi. Birdəfəlik təsirlər istisna edildikdə, artım 6,7% təşkil edib.
“Biz təkcə dinamik qalan gözəllik bazarını üstələmədik, həm də dünya üzrə bazar payı artımımızı sürətləndirdik,” – deyə şirkətin baş direktoru Nikolya İeronimus bildirib.
O əlavə edib: "ABŞ və Çin kimi iki ən böyük bazarlarda 2025-ci ilin ikinci yarısında bərpa prosesi davam edib və biz hər iki bazarda sektoru üstələmişik.”
Barclays analitikləri əsas artımın “çox təsirli” olduğunu qeyd ediblər. Onların sözlərinə görə, “+4% səviyyəsində olan kosmetika bazarı artımı heç bir zəifləmə əlaməti göstərmir.”
Səhmlər son olaraq 9% artımla ticarət olunub və bu, 2008-ci ilin noyabrından bəri ən böyük gündəlik artımdır.
L’Oréal, istehlak malları və lüks sektoruna yaxın sənayedə fəaliyyət göstərən bir şirkət olaraq, makroiqtisadi çətinliklərə və ümumi sektor zəifləmələrinə qarşı dayanıqlılığını sübut edib.
İstehlak malları şirkətləri, artan yaşayış xərcləri fonunda daha seçici davranan istehlakçılar səbəbilə, zəifləyən əvvəlki böyümə driverlərini yenidən qiymətləndirir və portfellərini strateji olaraq yenidən qururlar.
Üzvi satışlar (Organic sales) şirkətin real biznes fəaliyyətindən əldə etdiyi satış artımını göstərən göstəricidir. Yəni bu rəqəm “təmiz” böyüməni ölçür və kənar təsirləri çıxarır.
Daha sadə desək, üzvi satışlar hesablanarkən aşağıdakılar nəzərə alınmır:
- Şirkətin yeni şirkət almasını,
- Satdığı biznes bölmələrini,
- Valyuta məzənnəsi dəyişiklikləri (məsələn, dollar–avro fərqi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
34 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
35 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
12 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
















.jpg)











