Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq
Gəncə Avtomobil Zavodu İB-i böyük uğura imza atıb.Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Çinin 2 şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.
Marja/az Müəssisənin mətbuat xidmətinə istinadən xəbər verir ki, “CLW Chengli Group” şirkəti ilə imzalanan əməkdaşlıq sazişinə əsasən tərəflər Azərbaycanda ticari və yük avtomobillərinin istehsalına (yığılmasına) başlamaq barədə razılığa gəliblər.
Sənədə əsasən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Çin şirkətinin Azərbaycanda elektrik şassilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələri, sürtkü yağları və aksesuarların satışı, həmçinin təmir xidmətləri üçün eksklüziv distributoru təyin edilib. İstehsal olunacaq nəqliyyat vasitələri ilkin mərhələdə daxili bazar üçün nəzərdə tutulsa da, gələcəkdə ixracının həyata keçirilməsi də planlaşdırlır.
İmzalanma mərasimindən öncə nümayəndə heyəti Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla anıb.
Çinin digər böyük korporasiyalarından olan “Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd” (SAGMOTO) ilə imzalanan əməkdaşlıq sazişi də tərəflərin Azərbaycanda ticari avtomobillərin yığımını nəzərdə tutur. Bundan başqa, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi “SAGMOTO”nun elektrik və dizel saşşilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələrinin, sürtkü yağlarının və aksesuarların satışı, təmir xidmətləri üçün eksklüziv distributoru hüququnu əldə edib.
Sənədləri Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev ilə “CLW Chengli Group” şirkətinin baş meneceri Don Şunquo və “SAGMOTO”nun baş direktorunun müavini He Vencun imzalayıb.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və görülən işlər sayəsində ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə danışıb. Qeyd edib ki, qədim İpək yolunun üzərində yerləşən Gəncə tarixi mövqeyini qoruyaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilib. Bu isə Azərbaycanın 2-ci böyük şəhərinin həm daxili bazar, həm də ixracyönümlü istehsal üçün böyük potensiala malik olduğunu göstərir.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev bildirib ki, zavodun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. O da qeyd olunub ki, hazırda 500-ə yaxın işçinin çalışdığı müəssisə yük və minik avtomobilləri, avtobuslar, traktorlar, xüsusi nəqliyyat vasitələrinin istehsalı üçün müasir yığım xətləri ilə təchiz olunmuş böyük sənaye kompleksidir. O, həmçinin müəssisənin istehsal imkanları və beynəlxalq əlaqələri haqqında məlumat verərək, Çin şirkətləri ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Görüşlərdə Gəncə şəhərinə və Çin şirkətlərinin fəaliyyətinə dair videolar nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)







