"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Donald Trampın “İranın mülki infrastrukturunu məhv edərik” təhdidi ilə gərginləşdirdiyi İslamabad danışıqları Tehranın masa arxasına əyləşməkdən imtina etməsi ilə dalana dirənib. İranın dövlət xəbər agentliyi IRNA Vaşinqtonun “həddindən artıq tələbləri” və davam edən dəniz blokadası səbəbindən İranın danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.Yaxın Şərqdə artıq yeddi həftədir davam edən və qlobal bazarları sarsıdan müharibə fonunda diplomatik həll təşəbbüsləri ciddi zərbə alıb.
Marja xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp nümayəndələrinin bazar axşamı Pakistana çatacağını və “son təklif” təqdim edəcəyini açıqlamasından bir neçə saat sonra İran tərəfi bu görüşlərə "qapını" bağlayıb.
İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Tehran hakimiyyəti danışıqların ikinci turunda iştirak etməmək qərarını dəniz blokadası və həddindən artıq tələblərlə əsaslandırıb.
İran ABŞ-ın limanlarına tətbiq etdiyi blokadanı mövcud atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir. Bildirilir ki, Vaşinqton “həddindən artıq və reallıqdan uzaq” gözləntilər irəli sürür və mövqeyini davamlı olaraq dəyişir.
Tehran hesab edir ki, mövcud təzyiq şəraitində masa arxasına əyləşmək “danışıqlar deyil, təslim olmaq” deməkdir.
Trampın ultimatumu
Prezident Donald Trump "Truth Social" platformasında etdiyi paylaşımda diplomatik möhlətin çərşənbə günü başa çatacağını xatırladaraq təhdidin tonunu daha da artırıb:
“Biz olduqca ədalətli və məntiqli bir razılaşma təklif edirik. Əgər bunu qəbul etməsələr, Amerika Birləşmiş Ştatları İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü yerlə-yeksan edəcək. Artıq nəzakətli davranmaq yoxdur!”
Ağ Evin heyəti yola çıxmışdı
Tramp əvvəlki açıqlamalarından fərqli olaraq nümayəndə heyətinə ABŞ-ın vitse-prezidenti JD Vance-in rəhbərlik edəcəyini təsdiqləyib.
Heyətdə həmçinin Trampın xüsusi nümayəndəsi Steven Witkoff və kürəkəni Jared Kushner də yer alır. ABŞ nümayəndə heyətinin bazar ertəsi axşamı İslamabada çatacağı gözlənilir. Lakin İranın danışıqlarda iştirak etməmək qərarı heyətin qarşı tərəf olmadan qalması riskini yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)






