Tramp İranla 2 həftəlik atəşkəsi qəbul etdiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp, İrana qarşı bombardman və hücumların 2 həftəlik müddətə dayandırıldığını açıqlayıb. Tramp bu müddətin daimi sülh sazişinin tamamlanması üçün istifadə olunacağını bildirib.
Marja xəbər verir ki, Tramp sosial media üzərindən etdiyi açıqlamada atəşkəsin “iki tərəfli” olacağını vurğulayaraq İran ilə danışıqların irəli mərhələyə çatdığını qeyd edib.
Tramp açıqlamasında bildirib:
“İrana bombardman və hücumları 2 həftəlik müddət üçün dayandırmağı qəbul edirəm. Bu iki həftəlik müddət razılaşmanın yekunlaşdırılması və tamamlanmasına imkan yaradacaq.”
Tramp açıqlamasında atəşkəs qərarında Pakistanın mühüm rol oynadığını vurğulayıb. ABŞ Prezidenti, Pakistanın Baş naziri Şahbaz Şərif və Ordu Komandanı Asım Munir tərəfindən İrana göndərilməsi planlaşdırılan hərbi gücün dayandırılması ilə bağlı müraciətin bu qərara təsir etdiyini bildirib.
Tramp atəşkəs üçün şərt də irəli sürüb. O, İranın Hörmüz Boğazını təhlükəsiz şəkildə açmalı olduğunu vurğulayıb və bu şərtin yerinə yetirilməsi halında hərbi əməliyyatların 2 həftəlik dayandırılacağını təsdiqləyib.
Tramp, əvvəlki fikir ayrılıqlarının böyük hissəsində razılıq əldə olunduğunu bildirərək İran tərəfindən təqdim edilən 10 maddəlik təklifin danışıqlar üçün uyğun əsas yaratdığını qeyd edib.
ABŞ Prezidenti əlavə edib:
“İran ilə uzunmüddətli sülhə dair yekun razılaşmaya çox yaxınıq.”
XXX
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabından etdiyi paylaşımda yazıb:
“Pakistanın Baş naziri Şahbaz Şərif və Feldmarşal Asim Munirlə apardığım danışıqlara əsasən və onların bu gecə İrana göndərilməsi nəzərdə tutulan dağıdıcı gücü dayandırmağımı xahiş etmələri fonunda, həmçinin İran İslam Respublikasının Hörmüz boğazını TAM, DƏRHAL və TƏHLÜKƏSİZ şəkildə açmağa razı olması şərti ilə, mən İranın bombalanmasını və ona qarşı hücumları iki həftə müddətinə dayandırmağa razıyam. Bu, ikitərəfli ATƏŞKƏS olacaq!
Bunun səbəbi odur ki, biz artıq bütün hərbi hədəflərə nail olmuş, hətta onları artıqlaması ilə yerinə yetirmişik və İranla uzunmüddətli SÜLH, eləcə də Yaxın Şərqdə SÜLHlə bağlı yekun saziş üzrə çox irəli mərhələyə çatmışıq. Biz İrandan 10 bəndlik təklif almışıq və hesab edirik ki, bu, danışıqlar aparmaq üçün işlək əsasdır. Keçmişdə mübahisə doğuran müxtəlif məsələlərin demək olar ki, hamısı ABŞ ilə İran arasında razılaşdırılıb, lakin iki həftəlik müddət sazişin yekunlaşdırılması və rəsmiləşdirilməsi üçün imkan yaradacaq.
Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi və eyni zamanda Yaxın Şərq ölkələrini təmsil edərək, bu uzunmüddətli problemin həllə yaxınlaşması mənim üçün şərəfdir. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!
Prezident DONALD J. TRUMP”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)






.jpg)










