Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding və özəl investor arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Razılaşması imzalanıb.

Sənədə əsasən, tərəflərin bərabər payla iştirak edəcəyi birgə müəssisənin yaradılması nəzərdə tutulur. Birgə müəssisə çərçivəsində Bakı Gəmiqayırma Zavodunda 10-a yaxın “Ro-Ro” tipli gəminin inşası planlaşdırılır.

Eyni zamanda yeni gəmilər üzrə sifarişlərin 2026-cı ildən etibarən verilməsi, habelə mövcud “Ro-Ro” gəmilərinin birgə müəssisəyə daxil edilməsi yolu ilə 2026-cı ildə birgə fəaliyyətə başlanılması planlaşdırılır.

Layihənin icrası nəticəsində Xəzər dənizində təkərli nəqliyyat vasitələrinin daşınması üzrə fəaliyyətin birgə təşkili təmin olunacaq.

Sözügedən təşəbbüs Orta Dəhliz üzrə daşımaların dayanıqlılığının və səmərəliliyinin daha da artırılmasına töhfə verəcək.

19.03.2026 21:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18