“Coca-Cola” qadın jurnalistləri təbrik edir
(®) “Coca-Cola Azərbaycan” 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın jurnalistlərlə görüşüb. Görüşdə Azərbaycan qadınlarının cəmiyyətin inkişafında əvəzsiz rolu, gender bərabərliyinin vacibliyi, media sahəsində çalışan qadınların əməyinin önəmi xüsusilə qeyd olunub.
Tədbirdə iştirak edən “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədova 2025-ci ilin şirkət üçün uğurla yekunlaşdığını, cənab prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı zavodunun açılışının baş tutduğunu və cənab prezidentin “Coca-Cola”nın Azərbaycandakı fəaliyyətinə verdiyi dəyəri diqqətə çatdırıb.
Daha sonra şirkətin qadınların sahibkarlıq imkanlarının arıtırlmasına yönələn layihələrə dəstəyindən danışan Baş direktor qadınların inkişafının həm cəmiyyətin, həm də iqtisadiyyatın inkişafına təkan olduğunu bildirib:
“Azərbaycanda 30 ildən çoxdur ki fəaliyyət göstəririk. Bu müddət ərzində qadınların sahibkarlıq bacarıqlarının inkişafına yönələn çoxsaylı layihələrə dəstək olmuşuq. O cümlədən, qadın jurnalistlərimiz də həmin layihələrin işıqlanıdırılmasında və daha çox insana çatmasında bizə dəstək olublar. İnanıram ki, bundan sonra da qadınların inkişafına yönələn layihələrə dəstəyi ilə “Coca-Cola”nın adına mediada tez-tez rast gələcəyik”.
Görüşdə şirkət nümayəndələri “Coca-Cola Azərbaycan”da qadınların rolu və yaradılan karyera imkanları barədə də məlumat veriblər. Diqqətə çatdırılıb ki, 2023-cü ildən başlayaraq şirkət bütün əməkdaşlar üçün ədalətli və bərabər ödəniş siyasətini qoruduğuna görə nüfuzlu “Bərabər Əmək Haqqı Sertifikatı” ilə təltif olunub.
Görüşdə “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə həyata keçirilən “AIM-W” layihəsinin iştirakçısı Nərmin Məmmədli layihə çərçivəsində qazandığı bilik və bacarıqlarla öz brendi “Selin Cosmetics”i yaratması ilə əlaqədar uğur hekayəsini təqdim edib.
Qeyd edək ki, bu günə qədər "Coca-Cola Azərbaycan" şirkət Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyi, ASAN Könüllüləri təşkilatı kimi tərəfdaşlarla uğurlu əməkdaşlıq edirək 5000-dən çox qadının iqtisadi fəallığının artırılmasına nail olub.
“Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin Anadolu Qrupuna daxil olan və 12 ölkədə 36 istehsal müəssisəsi ilə fəaliyyət göstərən beynəlxalq içki istehsalı şirkəti “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Şirkət sosial və KSM layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 44 d. əvvəl
-
49 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)






