"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
“Uzbekneftegaz” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Buxara neft emalı zavodunun səmərəliliyinin artırılmasına yönəlmiş əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bu barədə “Uzbekneftegaz” ASC-yə istinadən xəbər verir.
Əməkdaşlıq məsələləri “Uzbekneftegaz” ASC-nin idarə heyətinin sədri Abduqani Sanginovun SOCAR-ın törəmə strukturları – “SOCAR Trading” və “SOCAR Downstream Management” rəhbərliyi ilə görüşü zamanı nəzərdən keçirilib.
Tərəflər müasir əməliyyat həllərinin tətbiqi, istehsal proseslərinin rəqəmsallaşdırılması, eləcə də müəssisənin enerji səmərəliliyinin artırılması ilə bağlı təklifləri müzakirə ediblər. Zavodun modernləşdirilməsi üzrə texniki auditin keçirilməsi və praktik tövsiyələrin hazırlanması imkanlarına ayrıca diqqət yetirilib.
Qeyd olunub ki, dövlət başçıları səviyyəsində dəstəklənən Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq davamlı şəkildə möhkəmlənir və bu, neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Görüşün yekunlarına əsasən, tərəflər praktiki əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Həmçinin texniki təhlilin aparılması və növbəti addımlarla bağlı konkret təkliflərin hazırlanması məqsədilə Azərbaycan tərəfinin işçi qrupunun Buxara neft emalı zavoduna səfərinin təşkili barədə razılıq əldə olunub.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftegaz” və SOCAR karbohidrogen sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Bu saziş Üstyurt platosunda geoloji tədqiqatlara, o cümlədən seysmik kəşfiyyat işlərinə və karbohidrogen hasilatına hazırlıq prosesinə start verib.
Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun pay bölgüsü haqqında saziş (PSA) imzalayıblar. Saziş yaxın 25 il ərzində Özbəkistanın daxili neft tələbatının tam təmin edilməsini nəzərdə tutur. Hasil edilən qaz da daxili bazara yönəldiləcək və ölkə sənayesinin əlçatan və keyfiyyətli neft məhsulları ilə təmin olunmasına xidmət edəcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)









.jpg)








