Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
(®) Maliyyə bazarında texnoloji həlləri ilk tətbiq edən brendlərdən olan Birbank milyonlarla müştərisinə daha rahat, əlçatan maliyyə alətləri təqdim edir.
Bank xüsusən də müştərilərin kartdan karta köçürmələrdə əlavə ödəniş, limit kimi narahatlıqlarına birdəfəlik son qoyur. Belə ki, Birbanklılar Birbank debet kartından digər Birbank debet kartına köçürmə edərkən nə limitlə, nə də əlavə ödənişlə qarşılaşırlar. Bu isə o deməkdir ki, debet kart sahibləri istədikləri vaxt, istədikləri məbləği, heç bir maneə olmadan digər Birbank debet kartına köçürə bilirlər. Gecə və ya gündüz, iş günü və ya həftəsonu – proses həmişə sürətli, limitsiz və komissiyasızdır.
Birbank yalnız bankçılıq xidməti deyil, gündəlik həyatın maliyyə rahatlığıdır. Limitsiz və komissiyasız köçürmələr isə bu rahatlığı bir addım da irəli aparır.
Birbank debet kartını Birbank mobil tətbiqindən cəmi bir neçə saniyəyə əldə etmək mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






