Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
ABŞ Prezidenti Donald Trump, İran ilə Oman paytaxtı Maskatda aparılan danışıqları “çox yaxşı” kimi qiymətləndirib və İranın yeni razılaşma əldə etmək istəyini güclü şəkildə göstərdiyini bildirib.
Marja xəbər verir ki, Trump, Vaşinqtondan Floridaya gedərkən, prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
Maskatda keçirilən ilk danışıqlardan məmnun qaldığını bildirən Trump, “Bu gün Rusiya və Ukrayna ilə çox, çox yaxşı danışıqlar apardıq, eyni şəkildə İranla da çox yaxşı danışıqlar apardıq. İran razılaşma əldə etmək istəyirmiş kimi görünür və bunu çox istəyirlər” dedi.
Trump, İrana qarşı böyük donanmanın bölgəyə göndərildiyini xatırladaraq, “Bunun necə nəticələnəcəyini görəcəyik” deyə danışıb.
Venesuela xatırlatması
ABŞ-ın zəruri addımı atacağını, lakin tələsmələrini tələb edəcək vəziyyətin olmadığını vurğulayan Trump, “Venesuelanı xatırlayırsınızsa, bir müddət gözləmişdik və tələsmirik. Kifayət qədər vaxtımız var. İranla çox yaxşı danışıqlar aparırıq” ifadələrini işlədib.
Trump, xüsusi nümayəndəsi Steve Witkoff və kürəkəni Jared Kushnerdən ibarət ABŞ danışıqlar qrupunun İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüşü “yüksək səviyyəli nümayəndələr” arasında aparılan danışıqlar kimi xarakterizə edərək, “Əgər razılaşma olmazsa, nəticələrin çox sərt olacağı aydındır. Buna görə hamı kartlarını bilir” deyib.
İran ilə qəbul edilə bilən şərtlərlə razılaşma əldə edilməsini çox istədiyini bildirən Trump, “Amma hər şeydən əvvəl, nüvə silahı olmayacaq” deyib.
Trump, ikinci prezidentlik dövrünün ilk aylarında Tehran rəhbərliyinin hazırda müzakirə edilən şərtlərə indiki kimi müsbət yanaşsaydı, “iki ölkə arasında çoxdan razılaşma olacağını” iddia edərək, “Hazırda razılaşma üçün əvvəlkindən daha istəklidirlər” ifadələrini işlədib.
Danışıqların nəticələrini görmək lazım olduğunu vurğulayan Trump, tərəflərin gələn həftə yenidən görüşməyi planlaşdırdıqlarını qeyd edib.
Omanın vasitəçiliyi ilə Maskatda keçirilən danışıqların yaxşı başlanğıc olduğu, tərəflərin danışıqları davam etdirmək qərarı qəbul etdiklərini və yeni danışıqlar raundu üçün ortaq niyyət bəyan etdikləri ictimaiyyətə açıqlanmışdı.
İranda yanvar ayında başlayan etiraz aksiyaları ilə birlikdə ABŞ ilə İran arasında gərginlik artmış, Trump etirazçılara dəstək vermək üçün hərbi gücdən istifadə edə biləcəyi mesajını vermişdi.
Trump, Tehran rəhbərliyinin etirazçılara qarşı edam qərarını dayandırmasından sonra hərbi variantı hələlik dayandırdığını açıqlayaraq, nüvə proqramı və regional təhlükəsizlik narahatlıqlarını əhatə edən uzunmüddətli mübahisəni həll etmək üçün diplomatiyanın yenidən işə düşdüyünü bildirmişdi.
İki ölkə arasında Türkiyənin təklifi ilə əvvəlcə İstanbulda görüş keçirilməsi elan edilsə də, görüş yeri daha sonra İranın tələbi ilə Maskata dəyişdirilmişdi.
XXX
Vaşinqton və Tehran arasında danışıqların növbəti mərhələsi gələn həftənin əvvəlində gözlənilir.
Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
"Gələn həftənin əvvəlində yenidən görüşəcəyik. Onlar razılaşma istəyirlər. Onlar razılaşma istəmək məcburiyyətindədirlər", - Tramp bildirib.
Tramp: İran razılaşmaya hazırdır, ABŞ isə tələsmir
Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə can atır. Lakin ABŞ razılaşmaya nail olmağa tələsmir.
Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
"İranla bağlı çox yaxşı danışıqlar apardıq. İran razılaşma əldə etməyə çox can atır. Bu razılaşmanın nədən ibarət olduğunu da görəcəyik. Keçən dəfə onlar razılaşmamaq qərarına gəlmişdilər. Amma bu dəfə fərqli ola bilər. Bizim kifayət qədər vaxtımız var. Venesuelaya baxsanız görərsiniz ki, bir müddət gözlədik. Biz İranla bağlı tələsmirik", - Tramp bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
10 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)




.jpg)








