World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
World Class Azerbaijan fitness klublarında məşq prosesinə başlamazdan əvvəl hər bir yeni üzvün sağlamlıq durumu yoxlanılır. Risk qrupuna aid olan üzvlər üçün əlavə nəzarət mexanizmləri tətbiq olunur, tibbi göstəriş olmadan ağır fiziki yüklənmələrə icazə verilmir.(®) Son dövrlər idman məkanlarında təhlükəsizlik və sağlamlıq məsələləri ictimai diqqətin əsas mövzularından birinə çevrilib. Bu çərçivədə World Class Azerbaijan fitness klublarında tətbiq olunan yanaşma preventiv tədbirlərə əsaslanan, davamlı nəzarət mexanizmləri ilə dəstəklənən sistemli bir model kimi formalaşıb.
World Class Azerbaijan-da məşq prosesinə başlamazdan əvvəl hər bir yeni üzv ilkin fiziki qiymətləndirmədən keçirilir. Bu mərhələdə üzvlərin yaş, sağlamlıq durumu və fiziki göstəriciləri nəzərə alınaraq fərdi məşq proqramları hazırlanır. Məqsəd məşq zamanı mümkün risklərin əvvəlcədən müəyyən edilməsi və qarşısının alınmasıdır.
Risk qrupuna aid olan üzvlər üçün əlavə nəzarət mexanizmləri tətbiq olunur, tibbi göstəriş olmadan ağır fiziki yüklənmələrə icazə verilmir. Məşqlər peşəkar məşqçilərin daimi nəzarəti altında həyata keçirilir və bütün proses təhlükəsizlik protokollarına uyğun şəkildə idarə olunur.
World Class Azerbaijan-da təhlükəsizlik anlayışı yalnız fövqəladə hallara reaksiya ilə məhdudlaşmır. Bu, məşqə başlamazdan əvvəl formalaşan, məşq prosesi boyunca davam edən və gündəlik nəzarət prinsipləri ilə idarə olunan kompleks bir sistemdir. Bu yanaşma üzvlər üçün sağlam, balanslı və təhlükəsiz idman mühitinin təmin edilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 2 d. əvvəl
- 18 d. əvvəl
-
39 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Ən çox oxunanlar
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir






.jpg)
.jpg)












.jpg)

