Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
“EY İlin İş Adamı” müsabiqəsində ərizələrin qəbulu mərhələsi başa çatıb. Müsabiqənin milli mərhələsinin qalibi, habelə nominasiyalar üzrə qaliblər 13 fevral tarixində təşkil olunacaq Qala tədbirdə elan olunacaqlar.
“EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu və unikal bir proqramdır. Bu müsabiqə öz hədəflərinə doğru inamla addımlayan sahibkarları qiymətləndirir və onların nailiyyətlərini qeyd edir.
Azərbaycanda artıq 7-ci dəfə keçirilən müsabiqə 70-dən çox sahibkarı birləşdirən geniş bir icmaya çevrilib.
Bu il “EY İlin İş Adamı” adı uğrunda alternativ enerji, reklam, elektrik avadanlıqların istehsalı, maliyyə, turizm, kənd təsərrüfatı, təhsil, İT, rəqəmsal marketinq və digər sahələri təmsil edən iştirakçılar yarışacaqlar.
İştirakçıların adlarını təqdim edirik:
Bəxtiyar Hüseynov, Eel Electric, elektrik avadanlıqların istehsalçısı
Ceyhun İmanov - Jeykhun Imanov Studio – rəqəmsal marketinq, brendinq və dizayn agentliyi
Elqar Bağırov – Times Consulting, reklam agentliyi
Elmira İsmayılova - Best Place Restaurant & Jazz Club, ictimai iaşə və əyləncə xidmətləri
Elşad Abbasov – Embafinans, Bank olmayan kredit təşkilatı
Fəhri Məmmədli – Fahri Travel, Səyahət agentliyi/ İnflüenser və bloq yazarı
Günay Mustafayeva – MedLife Hospital, tibb müəssisəsi
İlyas Əhmədov və Mehri Əhmədova – Berry Blues by We Grow, mavigilə istehsalçısı
Könül Quliyeva – Safavy, onlayn təhsil platforması
Orxan Məmmədov– Green Life Engineering, alternativ enerji həlləri
Murad Həsənov – Clopos, İT həlləri təminatçısı
Müşfiq Hüseynov – AZSAFFRON, zəfəran və zəfəran tərkibli məhsul istehsalçısı
Novruz İsmayılov – Manqal kömürü № 1, fındıq qabığı əsaslı kömür istehsalçısı
Rəşad Abbasov – Neutron, Radiasiya təhlükəsizliyi/konsaltinq
Rüfət Babakişiyev – Crocusoft, Proqram təminatı, mobil tətbiqlər və İT həllər təminatçısı
Samir Kərimov – Apar, velosiped kirayəsi xidməti
Seymur Allahverdiyev - Amazon Travel, turizm agentliyi
Ülvi Aslanov – Code Academy, təhsil müəssisəsi
Vüqar Babayev – Lider Development, CRM/ERP həlləri təminatçısı/yaşayış binalarının idarəetmə platforması
Müsabiqənin qalibi müstəqil münsiflər heyəti tərəfindən Sahibkarlıq ruhu, Məqsəd, Təsir və İnkişaf kimi dörd əsas meyar əsasında qiymətləndirilərək müəyyən ediləcək.
Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir:
Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri
Əfqan İsayev – SOCAR-ın vitse-prezidenti
Mir Camal Paşayev – “Paşa Holding”in Direktorlar Şurasının sədr müavini
Qustaf Nobel – "Conversus" şirkətinin Baş İcraçı Direktoru
Teybə Quliyeva – "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi
Müsabiqənin baş sponsoru ABB-dır. Digər sponsor bp şirkətidir. Proqramın tərəfdaşları APFM, Finansist, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dur.
Milli mərhələnin qalibi may ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəmizi təmsil etmək hüququnu qazanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
16 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
16 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
16 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib














.jpg)





