Nestle şirkəti üzr istədi
Nestle körpə qidasının geri çağırılması qərarı ilə bağlı üzr istədi: “Bu vəziyyətin valideynlərə, baxıcılara və müştərilərimizə yaratdığı narahatlıq və diskomforta görə səmimi şəkildə üzr istəyirik”.Mərkəzi ofisi İsveçrədə yerləşən Nestle şirkətinin baş icraçı direktoru Philipp Navratil, təxminən 60 ölkədə körpə qidasının geri çağırılması qərarı ilə bağlı üzr istəyib.
Marja xəbər verir ki, Nestle-nin bəzi körpə qidası məhsullarını “qida zəhərlənməsinə səbəb ola biləcək toksin tərkibinə malik ola biləcəyi” narahatlığı ilə təxminən 60 ölkədə geri çağırmasından sonra Navratil yayımladığı video müraciətdə, “Bu vəziyyətin valideynlərə, baxıcılara və müştərilərimizə yaratdığı narahatlıq və diskomforta görə səmimi şəkildə üzr istəyirik”, – deyə bildirib.
Körpə qidaları ilə bağlı bütün geri çağırmaların elan edildiyini qeyd edən Philipp Navratil, indiyədək təsirlənmiş məhsullarla əlaqəli heç bir xəstəlik halının təsdiqlənmədiyini vurğulayıb.
Navratil, 2025-ci ilin dekabrında şirkətin Niderlanddakı zavodlarından birində keyfiyyət problemi aşkar edildiyini və həmin zavoddan göndərilən məhsulların satıldığı bir neçə Avropa ölkəsində ehtiyat tədbiri olaraq geri çağırma prosesinə başlanıldığını da bildirib.
Nestle bu ayın əvvəlində səlahiyyətli qurumlarla koordinasiyalı şəkildə, təsirlənmiş bütün ölkələrdə məhsulların “tədbir məqsədilə” geri çağırıldığını açıqlamışdı.
Geri çağırma prosesləri bu məhsullar üçün hüquqi baxımdan məcburi prosedurlara uyğun olaraq hər ölkədə mərhələli şəkildə elan edilib.
Nestle-nin rəsmi internet saytında yer alan məlumata görə, məhsullar Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya və İsveçrə daxil olmaqla təxminən 60 ölkədə geri çağırılıb.
Çirkləndiyi ehtimal olunan məhsullar arasında tanınmış Beba markası ilə yanaşı, Alfamino kimi xüsusi məhsullar da yer alır.
KitKat və Nescafe markalarının da istehsalçısı olan Nestle, körpə qidası məhsullarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlayıb.
Dünya üzrə satışda olan bu məhsulların körpələrə verilməsinin təhlükəsiz olmadığı qeyd edilən xəbərdarlıqlarda, məhsulların tərkibində qəbul edildikdə körpələrdə qusma və ishala səbəb ola bilən toksin (cereulide) ola biləcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 10 d. əvvəl
-
-
19 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
25 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
28 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
47 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub











.webp)













