"Dünyanın heç bir yerində “Sea Breeze”ə oxşar layihə yoxdur"
Bu yaxınlarda, Kəlbəcərdə, İstisuda mehmanxana açılacaq."Bu il, iki aydan sonra Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə dünya çempionatı keçiriləcək. Həmin istirahət guşəsini ən yüksək beynəlxalq səviyyədə inkişaf etdirmək həm də bizim hədəfimizdir. Hazırda enişlərin təxminən 50 kilometri artıq hazırdır. Məsafə, ola bilsin, 55 və ya 60 kilometr olacaq. Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur".
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident verilən suala cavabına belə davam edib:
"Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən təbii cənnətdir. Bir sözlə, orada turizmin inkişafı prioritetlərdən biridir. Şuşada və Laçında bir sıra mehmanxanalar artıq var. Biri Zəngilanda tikilir. Bu yaxınlarda, Kəlbəcərdə, İstisuda mehmanxana açılacaq. Ola bilsin, gələn il və hətta bu il Xankəndidə yeni mehmanxana açıla bilər. Bu, turizm üçün mühüm məkan olacaq. Bununla yanaşı, Qəbələ, Lənkəran, Gəncə və bir çox digər məkanlar kimi ənənəvi turizm yerləri də mövcuddur.
Çox məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
50 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)







.jpg)







